Netanyahu Maska antisemitizmlə mübarizədə kömək edəcək
İsrailin baş naziri Benyamin Netanyahu milyarder İlon Maskla görüşmək və onunla X (Twitter) sosial şəbəkəsində antisemit əhval-ruhiyyənin artması problemini müzakirə etmək üçün sentyabrın 18-də Silikon Vadisinə (Kaliforniya, ABŞ) uçacaq.
Valyuta.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
WP yazır ki, Amerika hüquq-müdafiə təşkilatları Maskı əvvəllər antisemit bəyanatlarına görə bloklanmış müxtəlif istifadəçilərə “amnistiya” verməklə sosial şəbəkədə nifrət yaratmaqda ittiham edir. Belə bir “amnistiya”nın parlaq nümunəsi "Twitter"in 2021-ci ilin iyulunda qadağan etdiyi ağ irqçi Nik Fuentesin bağışlanmasıdıt.
Nəşr yazır ki, Netanyahu ilə Maskın görüşü Silikon Vadisində müxtəlif yəhudi biznes liderləri tərəfindən təşkil edilib. Xüsusilə, Palantir İT şirkətinin yaradıcısı Co Lonsdeyl onun hazırlanmasında iştirak edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay