BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
32781

“Turizm paketlərinin bəzən yarısını, bəzən də yarıdan çoxunu məhz nəqliyyat qiymətləri təşkil edir. Bu səbəbdən, turistlərin səyahət edəcəkləri ölkə seçiminə bilet qiymətləri çox təsir göstərir”.

Bu sözləri Valyuta.az-a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirdi.
C.Aşurovun sözlərinə görə, səyahət ediləcək ölkə seçimi zamanı ən mühüm faktorlardan biri turistik məkanın əlçatan olmasıdır: “Turist səyahət edəcəyi yeri seçərkən əsasən 2 amilə diqqət yetirir. Birincisi, nəqliyyat amilidir. Quru, hava, dəmiryolu, su yolu ilə səyahət edilməsinin fərqi yoxdur, əsas bizim həmin məkana çatmağımızın əlverişli olmasıdır. İkinci isə həmin məkanda kifayət qədər qalma yeri, şərait, infrastruktur olmalıdır. Turistlər səyahət edəcəyi ölkələrlə bağlı bu sualları verirlər: Gedəcəyim yer nə qədər uzaqdır? Gedəcəyim yerə çatmaq rahatdırmı? Qiymətlər münasibdirmi? Visa tələb olunurmu? Hər hansı baryerlər varmı? Bu faktorlara əsasən az məhdudiyyətlər olan və daha uyğun qiymətə olan yerə daha çox turist gedir. Dünyada kifayət qədər alternativlər var”.

Müsahib Azərbaycanda aviabiletlərin qiymətinin turist sayına təsirindən danışdı: “Quru sərhədləri bağlıdır və yalnız hava nəqliyyatından istifadə etmək mümkündür. Təyyarə qiymətləri də region ölkələri ilə müqayisəli götürsək, bahadır. Bu bahalıq Azərbaycana gələn turistlərin sayına və ya Azərbaycandan xaricə gedən turistlərin sayına da təsir edir. Ölkəmizdə 8 beynəlxalq aeroport var, ancaq uçuşların 98 faizi bir aeroportla - Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə həyata keçirilir. Yəni bizim digər beynəlxalq aeroportlarımız bu proseslərdə bir o qədər aktiv iştirak etmir. Bu aeroportlar da prosesə qoşularsa, ucuz hava daşıyıcılarının sayı artarsa, seçim imkanları çoxalarsa, Azərbaycandan digər ölkələrə, digər ölkələrdən Azərbaycana daha ucuz uçuş imkanları olarsa, əlbəttə, bu hal turistlərin sayına müsbət təsir edəcək”.

Qarakişi Vəlizadə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin