BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32667

Yardımlı Rayon İcra Hakimiyyəti rayon yollarının təmirinə başlayır. 

Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi “Pro Təmir Tikinti” MMC seçilib. Yolların təmirinə 754 488,57 AZN xərclənəcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Pro Təmir Tikinti” MMC 20 oktyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əliyev küçəsi, ev 30X, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyev İlqar Şamil oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. Şirkətin nə internet səhifəsi, nə də əlaqə telefonları var. 

Mediada şirkətin Yardımlı Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Mahir Mirzəyevə bağlı olduğu barədə iddialar yer alıb. Mahir Mirzəyev müavin olmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O bu ilin iyununda işdən çıxarılıb. 

Mahir Mirzəyev barəsində mediada dərc edilən materiallardan aydın olur ki, icra hakimiyyətinin tenderlərini əsasən o, keçirir və müsabiqələrdə özünə yaxın şirkətlər qalib seçilir. Görünür, bu faktlar icra başçısı Ayaz Əsgərovu Mahir Mirzəyevi işdən çıxarmaq məcburiyyətində qoyub. 

Lakin onun quruma hələ də təsiri qalır. İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyevin Mahir Mirzəyevin əmisi oğlu olduğu deyilir. 

İddialara görə, keçmiş müavin tender məsələlərini indi onun əli həll edir. Təbii ki, burada icra başçısının da mövqeyi nəzərə alınır. 

Yardımlı Rayon İcra Hakimiyyəti bu ilin avqustunda da “Pro Təmir Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 59 619,85 AZN olan müqavilədə Yardımlı rayonunda abadlıq işlərinin satın alınması nəzərdə tutulur. 

Yardımlı Rayon İcra Hakimiyyəti ötən il yolların təmirinə 754 726,03 AZN, 2021-ci ildə 739.068,8 AZN, 2020-ci ildə isə 754 110,59 AZN xərcləyib. Bu ilki xərci də bura əlavə etsək, məlum olur ki, icra hakimiyyəti 3 il ərzində yollara 3 002 393,99 AZN “səpib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin