Polşa Ukraynanı diplomatik sərhədləri aşmaqda ittiham etdi
Polşa hökumətinin Avropa məsələləri üzrə naziri Şimon Şinkovski vel Senk bildirib ki, Ukrayna Avropa İttifaqına taxıl tədarükü ilə bağlı mübahisədə müəyyən sərhədləri aşır.
Qaynarinfo xəbər verir ki, bu sözləri o, Üç Dəniz Təşəbbüsündə iştirak edən ölkələrin sammitində çıxışı zamanı Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlərin uzadılacağı təqdirdə Avropa İttifaqını məhkəmə ilə hədələyən Ukrayna prezidenti Vladimir Zelenskinin bəyanatını şərh edərkən deyib.
“Bu, təhdiddir və bu, Ukraynanın təzyiq elementlərindən biridir. Bu elementlər bəzən Ukrayna tərəfdən klassik diplomatiya çərçivəsindən kənara çıxır”, - Şinkovski bildirib.
O əlavə edib ki, Ukrayna bəzən çox qeyri-standart və ya müəyyən sərhədləri aşaraq diplomatik təzyiq vasitələrindən istifadə edir.
Bundan əvvəl Polşanın Kənd Təsərrüfatı və Kənd İnkişafı naziri Robert Telus bildirmişdi ki, Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya Aİ rəhbərliyindən 2023-cü ilin sonuna qədər Ukraynadan taxıl idxalına qadağa qoyulmasını xahiş etməyə razılaşıblar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay