BAKU Azərbaycan
10.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32528

“Orta məktəblərdə mobil telefonlar qadağan oluna bilər, amma bu addımı atmamışdan öncə, məktəblərdə kommunikasiya vasitəsi kimi alternativ əlaqə və ünsiyyət vasitələri tətbiq olunmalıdır”. 

Bunu Valyuta.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov şagirdlərin məktəblərə mobil telefon gətirməsi məsələsinə toxunarkən deyib.
 
Ekspert bildirib ki, yəni əlavə resurslar tapmadan telefondan istifadəyə qadağa qoya bilmərik:

"Alternativlər olmayanda qadağa effekt verməyəcək, əksinə daha mənfi nəticələrə səbəb olacaq. Hər bir məktəbin siniflərində kameralar olmalıdır ki, valideynlər onlar vasitəsilə uşaqları barədə xəbərdar olsun. Yaxud da tədris işləri üzrə müavin istisna olmaqla, digər müavinlər valideynlərə uşaqları barədə ünsiyyət qurmaq imkanı yaratmalıdırlar. Məktəblərdə telefonu qadağan etmək üçün birinci növbədə onun problem olduğunu görməliyik. Məktəbdəki neqativ hallar şagirdlər tərəfindən çəkilib paylaşılırsa, bu tədrisin təşkilindəki problemin göstəricisidir. Şagirdlər telefondan istifadə etməklə dərsin gedişini bilərəkdən pozursa, bu qadağan oluna bilər. Uşaqların mövzu ilə bağlı əlavə araşdırma aparması zamanı isə telefon qadağan olunmamalıdır. Ona görə də telefondan necə, harda, nə vaxt və nə qədər istifadə etməklə bağlı həmin resurslardan istifadə üçün icazə müəyyənləşməlidir. Şagirdlər telefondan əsasən ünsiyyət vasitəsi kimi istifadə edir. Tədqiqat predmeti kimi ondan istifadə səviyyəsi isə aşağıdır”. 

Ekspert deyir ki, qaydalar tətbiq olunmayana qədər məktəblərdə telefondan istifadə qadağan oluna bilməz:

“Amma hər bir məktəb öz daxili nizam qaydalarına əsasən bu qadağanı qoya bilər. Fransa məktəblərində həm şagirdlər, həm də müəllimlərə dərs zamanı telefondan istifadə qadağandır. Onlar məktəbə gələndə telefonu qoruyucu yerə qoyur, çıxanda da götürürlər”. 

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev brifinqdə şagirdlərə telefon qadağasının tətbiqi məsələsinə toxunaraq, bununla bağlı təhlil aparılmalı olduğunu deyib.

“Bəli, dərs zamanı telefondan istifadə etmək olmaz. Amma məktəbə gətirilməməsi ilə bağlı qayda və norma işlənməlidir. Gələcəkdə məktəbə telefon gətirilməsi qadağan oluna bilər. Amma indiki halda bu, mümkün deyil", deyə nazir bildirib.

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin