"Bloomberg": “Lukoyl” ABŞ neft emalı zavodlarını sıxışdırmaq üçün Meksikada ofis açdı
Agentliyin məlumatına görə, şirkət 25 il Pemex-in ticarət bölməsində baş neft məhsulları treyderi kimi çalışmış Yuri Karrenonu işə götürüb.
Valyuta.az "Bloomberg"in mənbələrinə istinadən xəbər verir ki, "Lukoyl"un “Litasco” ticarət bölməsi Mexikoda ofis açıb.
Agentliyin məlumatına görə, şirkət 25 il Meksikanın “Pemex” ticarət bölməsində baş neft məhsulları treyderi kimi çalışmış treyder Yuri Karrenonu işə götürüb. Karreno iyul ayında işə başlayıb.
“Lukoyl” 2015-ci ildən, şirkət Amatitlan blokunun işlənməsi layihəsinə daxil olduqdan sonra Meksikada fəaliyyət göstərir. 2017-ci ilin iyulunda şirkət 12-ci blok üçün tenderin qalibi olub, 2018-ci ildə Eni ilə konsorsiumun bir hissəsi olaraq 28-ci blok üçün müqavilə bağlamaq hüququ qazanıb. Həmçinin 2018-ci ildə şirkət Eni ilə 10 və 12-ci blokların səhmlərinin qarşılıqlı alınması barədə razılığa gəlib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay