Çinin xarici ticarət dövriyyəsi düşür (STATİSTİKA)
Yanvar-avqust aylarında Çinin digər ölkələr və regionlarla ticarətinin həcmi illik müqayisədə 6,5% azalaraq 3,89 trilyon dollara düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
Çin ixracının həcmi isə 5,6% azalaraq 2,22 trilyon dollar olub. Xaricdən Çinə idxal 7,6% azalaraq 1,67 trilyon dollar təşkil edib.
Çinin ən böyük xarici ticarət tərəfdaşları ABŞ (438,1 milyard dollar), Yaponiya (208 milyard dollar), Koreya Respublikası (202,4 milyard dollar), Rusiya (155,1 milyard dollar) və Avstraliyadır (152,9 milyard dollar). ABŞ, Yaponiya və Cənubi Koreya ilə ticarətin həcmi müvafiq olaraq 14,5%, 12,8% və 17% azalıb. Rusiya Federasiyası ilə ticarət 32%, Avstraliya ilə 4,4% artıb.
Həmçinin, Çinin gömrük statistikası materik Çin ilə Honq-Konq və Tayvan arasında ticarətin həcmini ayrıca nəzərə alır. Bu Çin regionları ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini təşkil edir. Ticarətin həcmi Honq Konqla 5,9% azalaraq 177,8 milyard dollara, Tayvanla 21,3% azalaraq 170,2 milyard dollara düşüb.
2022-ci ilin sonunda Çinin xarici ticarət dövriyyəsi 5,9 trilyon dollar təşkil edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay