BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
32489

Qərbin 5 minə qədər sanksiyası ilə üzləşən  Rusiyanın milyarder vətəndaşları 2022-ci ilin yekununda böyük dividentlər əldə ediblər. Məsələn, “Nornikel”in rəhbəri Vladimir Potanin 2,2 milyard dollar, ondan sonra gələn 4 iş adamı (“FosAqro”nun sahibi Andrey Quryev, “Novatek” rəhbəri və həmsahibi Leonid Mixelson, “Novatek” və “Sibur”un səhmdarı Gennadi Timçenko və “LUKoyl”un həmsahibi Vahid Ələkbərov) isə 900 milyon-1,1 milyard dollar arası divident əldə ediblər. İlk beşlikdəki milyarderlərin divident gəlirləri ümumilikdə 6,2 milyard dollar təşkil edib. Bu ilin yanvar-iyununda isə onlar 4,1 milyard dollar divident gəliri əldə ediblər. Bunun 2,3 milyard dolları Vahid Ələkbərovundur. Bu pullar Rusiyanın böyük şirkətlərinin enerjidaşıyıcılarının qiymət bahalaşması nəticəsində külli miqdarda qazanc əldə etməsi sayəsində daxil olub. Ötən il "Novatek" və "LUKkoyl" rekord həcmdə gəlir əldə edərək, səhmdarlara rekord həcmdə divident ödəyiblər. 

Ötən ilin yekununda "Forbes" 6 yeni Rusiya iş adamını milyarderlər siyahısına daxil edib: Andrey Krivenko 2.1 milyard dollar, Denis Ştengelov 1,3 milyard dollar, Seyfəddin Rüstəmov 1,3 milyard dollar, Pavel Qolubkov 1,1 milyard dollar, Dmitri Nikolayev 1,1 milyard dollar, İvan Sreşinski 1 milyard dollar.

“Bloomberg”in avqust hesabatına görə, ilin əvvəlindən Rusiya milyarderlərinin ümumi varidatı 32 milyard dollar artıb. Agentliyin 500 nəfərlik “Billionaires İndex” siyahısına Rusiyadan 22 şəxs daxil edilib. Bu il ərzində varidatını ən çox artıran Vahid Ələkbərovdur. Onun sərvəti ilin əvvəlindən 5,91 milyard dollar artmaqla 21,3 milyard dollara çatıb.

Novolipetsk Metallurgiya Kombinatının əsas səhmdarı Vladimir Lısinin sərvətində 4,98 milyard dollarlıq artım olub, 24,8 milyard dollara çatıb.

Leonid Mixelson varidatını 2,73 milyard dollar artıraraq 27,4 milyard dollara çatdırmağa nail olub. “Lukoyl”un digər sahibi Leonid Fedunun sərvətində 2,35 milyard dollar artım qeydə alınıb, 8,22 milyard dollar olub.

Gennadi Timçenko isə 2,27 milyard dollar qazanmaqla sərvətinin həcmini 14,1 milyard dollara qədər artırıb.

Hazırda Rusiyanın ən varlı adamı 29,8 milyard dollarla  Vladimir Potanindir. Lakin o, ilin əvvəlindən 185 milyon dollar itirib. Rusiya milyarderləri arasında ən çox itkiyə Dağıstandan senator olan Süleyman Kərimov məruz qalıb - 525 milyon dollar. Roman Abramoviç 308 milyon dollar, mineral gübrələr istehsalçısı “Akron” qrupun əsas səhmdarı Vyaçeslav Kantor isə 243 milyon dollar itirib.

"Forbes"ə görə, 2022-ci ildə milyarderlərin daha da varlanması, yeni milyarderlərin yaranması ilk növbədə rublun məzənnəsinin möhkəmlənməsi ilə bağlıdır. Belə ki, 2021-ci ilin sonunda 1 dollar 73.33 rubl idisə, 2022-ci ildə bu göstərici 66,34 rubla qədər azalıb. Nəticədə milyarderlərin xarici valyutadakı aktivlərinin yenidən qiymətləndirilməsi onun çoxalmasını şərtləndirib. Bu baxımdan, ən çox qazanan Vyaçeslav Kantor olub - 5,3 milyard dollar. İkinci yerdə olan Andrey Quryev 4,2 milyard dollar, üçüncü olan Yuri Milner 2,5 milyard dollar qazanıb.

Müharibə qlobal bazarlarda Rusiyanın ixrac etdiyi əksər məhsulların kəskin bahalaşmasına səbəb olub: neft, qaz,gübrələr, polad, alüminium, taxıl, qızıl, almaz və sair. Bu bahalaşma Rusiya şirkətlərinin gəlirini də kəskin artırıb ki, bu da onların səhmdarlarının pul kisələrinin şişməsinə gətirib çıxarıb. Məsələn, “Yevroxim”in sahibi Andrey Melniçenko 2022-ci ildə varidatını 2 dəfədən çox artırıb - 11 milyard dollardan 25 milyard dollara qədər. Nəticədə, bir müddət Rusiyanın ən varlı adamı statusunda olub.

Rusiyada varlıları daha da varlandıran digər amil ölkəni tərk edən xarici şirkətlərin bahalı aktivlərini dəyərindən bir neçə dəfə ucuz qiymətə almalarıdır. Məsələn, Vladimir Potanin Fransanın “Societe Generale” bankına məxsus “Rosbank”ı bankın kapitalının 0,2-0,3 hissəsi dəyərinə alıb.

“Shell” konserninin 411 yanacaqdoldurma məntəqəsi və Tver əyalətindəki yağ materialları istehsalı zavodunu “LUKoyl”a satılıb. Alverin dəyəri açıqlanmasa da, sonradan “Shell”in hesabatında bu əməliyyatın konsernə 83 milyon dollar zərərlə başa çatdığı qeyd edilib. 2022-ci ilin mayında “LUKoyl”un sahibi V.Ələkbərov Putinin əlindən yanacaq-energetika kompleksinə böyük əməyinə görə birinci dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni alıb.

ABŞ-ın “Starbucks” kafe şəbəkəsini Putinin yaxın dostu, müğənni Timati və hakim Vahid Rusiya Partiyasının Ali Şurasının üzvü, senator Arsen Kanokov alıb.

“Bloomberg”in yazdığına görə, Rusiya milyarderləri əldə etdikləri gəlirləri sanksiyalar üzündən xarici bazarlara yatıra bilmirlər. Eyni zamanda daim “pul pul gətirər” prinsipi ilə yaşayan iş adamları vəsaitləri hərəkətsiz də saxlaya bilmirlər. Buna görə də diqqətlər Rusiyanın öz şirkətlərinə yönəlib. Milyarderlər əvvəllər diqqət yetirmədikləri Rusiya şirkətlərinin səhmlərini almağa başlayıblar. Məsələn, Ələkbərov və Potanin “Yandeks”dən pay almaq üçün danışıqlar aparırlar. Potanin ötən il “Societe Generale”dən “Rosbank”ı, Oleq Tinkofdan “Tinkoffbank”ı alıb.

Rusiya hakimiyyəti xarici biznesin ölkədən çıxmasının qarşısını almaq üçün qanunvericiliyə bir sıra dəyişikliklər edib. Həmin dəyişikliklərə əsasən Rusiyadan getmək istəyən şirkətlər öz aktivlərini dəyərinin 50 faizindən yuxarı sata bilməzlər. Daha bir şərtə əsasən alqı-satqı müqavilələrinin dəyərinin ödənməsinə 1-2 il güzəşt müddətinin tətbiqidir. Bu müddəti gözləmək istəməyən xarici şirkət müqavilə dəyərinin 10 faizini Rusiya büdcəsinə ödəməlidir. 2022-ci ilin  dekabrında qüvvəyə minən bu yeni qaydalar xarici şirkətlərin aktivlərini almaq istəyən Rusiya şirkət və iş adamlarının daha ucuz qiymət təklif etmələrinə səbəb oldu. Hətta ona qədər bağlanmış müqavilələrdən imtina halları da baş verdi. Məsələn, “Farmstandart” şirkətinin sahibi Viktor Xaritonin Avstriyanın “Mondi” şirkətinə məxsus Stıkvarsk kağız istehsalı kompleksinin alınması üzrə müqaviləni “qeyri-real yüksək qiymət” səbəbilə təsdiqləməkdən imtina etdi. Rusiya milyarderləri siyahısında 66-cı olan Xaritoninin 1,4 milyard dollarlıq varidatı var. O, yeni qaydalardan istifadə edərək “Mondi”nin aktivlərinə 2022-ci ilin avqustunda təklif etdiyindən daha aşağı ödənişə nail olmağa çalışdı. Yaxud 2022-ci ilin aprelində Kanadanın “Kinross Gold” şirkəti Rusiyadakı aktivi olan “Highland Gold” şirkətini Vladislav Sviblova satdığını elan etdi. Kanada şirkəti “Kupol” və “Dvoynoye” yataqlarından ildə 15 ton qızıl hasil edirdi. Beynəlxalq investisiya şirkətləri “Kinrossun” Rusiyadakı aktivlərini 1,5-2 milyard dollara qiymətləndirirdilər. İlk olaraq onların satış qiyməti 680 milyon dollar müəyyən edilsə də, yeni qaydalardan sonra Rusiya Qiymətli Kağızlar Komissiyası alqı-satqı müqaviləsini 340 milyon dollardan yuxarı olmayan məbləğ əsasında təsdiqləyəcəyini açıqladı.

2022-ci ilin oktyabrında Vladimir Putin V.Sviblova məxsus Bering Metals LLC  şirkətinin Amur əyalətində Kiprin “Irosta Trading Limited” şirkətinə məxsus nikel-polimetal yatağını almasına icazə verdi. Hələlik Rusiya milyarderləri siyahısında olmayan Sviblovu artıq hər kəs Putinin biznes-aktivlərinin idarəçisi kimi tanıyır.

Rusiyadakı xarici aktivlərin ən iri alıcılarından biri də İvan Tavrindir. Əvvəllər mobil rabitə sahəsində çalışan Tavrin Ukraynaya hücum və sanksiyalar başlayandan sonra Rusiyadakı ən iri alqı-satqı əməliyyatlarının icraçısına çevrilib. O, xarici texnoloji şirkətlərin Rusiyadakı aktivlərini əldə etməyə 2,3 milyard dollara yaxın vəsait sərf edib. Bunun 2.1 milyard dolları Prosus NV şirkətinin gizli biznesi olan “Avito”nun alınmasına xərclənib. Halbuki “Avito”nun bazar dəyəri 6 milyard dollar həcmində qiymətləndirilirdi. Bu alqı-satqını ərzaq məhsulları ticarətini maliyyələşdirdiyinə görə Qərb tərəfindən sərt sanksiyalardan kənarda saxlanılan “Rosselxozbank” maliyyələşdirib.

Tavrin uzun müddət Rusiyanın 5-ci ən varlı adamı olan Əlişir Usmanovla işləyib. Hazırda Usmanov ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya siyahısındadır.

Beləliklə, Rusiya prezidentinə, siyasi hakimiyyətinə yaxın iş adamları ölkədən çıxmaq istəyən xarici biznesin aktivlərini dəyərindən 2-3 dəfə ucuza alırlar. Bir çox mənbələr bu prosesin bəzi hallarda məcburi xarakter daşımağa başladığını bildirirlər: gəlirli aktivlərini satmayan xarici şirkətləri müxtəlif yollarla buna məcbur edirlər. Çünki hakimiyyətə bağlı iş adamlarının, yaxud elə hakimiyyətdə yüksək vəzifə tutan məmurların həmin  aktivlərə gözü düşür.

Sanksiyalar üzündən Rusiyada sıxılıb qalan milyarderlər məcburən hakimiyyətə daha da yaxınlaşmalı olurlar. Bu isə onların Ukraynadakı müharibənin maliyyələşdirilməsində iştirakına gətirib çıxarır. Belə ki, Putinin göstərişi ilə milyarderlərin demək olar ki, hamısı Ukraynadakı müharibə üçün səfərbər olunan şəxslərə maaş ödəyirlər. Rusiyanın Ukraynadakı müharibəsində döyüşən “Sokol” batalyonunun muzdlu döyüşçüsü “Vajnıe istorii” nəşrinə bildirib ki, onun əmək haqqını Müdafiə Nazirliyi ilə yanaşı “Rusal” şirkəti də ödəyir. Orduya yazılmasını da bu şirkətin əməkdaşları təşkil ediblər: onunla əmək müqaviləsi bağlanıb, daha sonra Rusiya Ordusuna qəbulla bağlı müqavilə imzalanıb. Hazırda o, həm Rusiya Müdafiə Nazirliyindən, həm də “Rusal”dan maaş alır. Muzdlu döyüşçülərə maaş ödəyən şirkətlər arasında “Qazprom”, “Novatek”, “Alfabank” da var.

Putin milyarderlər üçün müharibəni dəstəkləməkdən başqa seçim qoymur. Buna görə də bəziləri - Abramoviç, Usmanov kimi ikili vətəndaşlıq statusundan istifadə edərək xarici ölkələrdə qalır, hər hansı açıq mövqe qoymurlar. Bəziləri Rusiyada qalıb Putinin alətinə çevrilir, bəziləri isə açıq şəkildə müharibəyə qarşı çıxış edərək, Rusiya vətəndaşlığından çıxırlar. Müharibə başlayandan indiyədək 6 milyarder bu addımı atıb. Onlar arasında Oleq Tinkof, İqor Makarov və digərləri var. Onların Rusiyadakı aktivləri məcburən əllərindən alınır...

Mənbə: “Yeni Müsavat”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"da 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin