Ankaradan RSXB-nin SWIFT-ə yenidən qoşulması ilə bağlı açıqlama
Rosselxozbank-ın (RSXB) SWIFT ödəniş sisteminə yenidən qoşulması ilə bağlı danışıqlar kifayət qədər mürəkkəb şəkildə davam edir, tam mənzərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 sammiti və Baş Assambleya çərçivəsində müvafiq olaraq Aİ və BMT ilə danışıqlarından sonra bəlli olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı Türkiyənin “taxıl dəhlizi” üzrə texniki nümayəndə heyətinin tərkibində iştirak edən mənbəyə istinadən yazır.
Onun sözlərinə görə, hazırda yekun nəticə çıxarmaq tezdir, tam mənzərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrda BMT Baş Assambleyası üçün Nyu Yorka və Nyu Dehlidə keçiriləcək G20 sammiti zamanı aydınlaşacaq. Ərdoğan bu mövzunu Qərb liderləri və dünya təşkilatının rəhbərliyi ilə müzakirə etməyi planlaşdırır.
“Bu danışıqlardan və müzakirələrdən sonra düşünürəm ki, tam mənzərə ortaya çıxacaq”, - mənbə bildirib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, taxıl müqaviləsini bərpa etmək üçün BMT Rusiya taxılının ödənilməsi üsulunu təklif edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay