“Parimatch” brendinin sahibi Zelenskini məhkəməyə verdi
“Parimatch” brendinin sahibi Weplay Media Holding Limited şirkəti prezident Vladimir Zelenskini məhkəməyə verib. Onlar “Parimatch”a qarşı sanksiya tətbiq edən fərmanın qanunsuz elan edilməsini və ləğvini tələb edirlər.
Valyuta.az xəbər verir ki, bu barədə Məhkəmə Qərarlarının Vahid Dövlət Reyestrindən məlum olub.
İddiaya baxılması sentyabrın 5-nə təyin edilib. İşə beş hakimdən ibarət hakimlər kollegiyası sadələşdirilmiş icraat qaydası əsasında baxacaq. Həmçinin iddiaya əsasən, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası və Ukrayna Təhlükəsizlik Xidməti işə üçüncü şəxs qismində cəlb olunacaq.
2023-cü il martın 10-da Vladimir Zelenski bir sıra mərc oyun şirkətləri və lotereyalara qarşı 50 il müddətinə sanksiya tətbiq edən fərman imzalayıb. Siyahıya “Parimatch”, eləcə də 287 hüquqi və 120 fiziki şəxs daxildir. Məhdudiyyətlərə aktivlərin bloklanması, ticarət əməliyyatlarının qadağan edilməsi, o cümlədən kapitalın Ukraynadan çıxarılması, lisenziyaların ləğvi və ya dayandırılması daxildir.
Avqust ayında “Parimatch” klon veb-saytlar yaratmaqla sanksiyalardan yan keçməyə çalışmaqda ittiham edilib. Şirkət bunu fırıldaqçıların etdiyini bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay