Bolqarıstan hökuməti Rosenets neft terminalına nəzarəti “Lukoyl”dan aldı
Bolqarıstan hökuməti Rosenets neft terminalına nəzarəti Rusiyanın "Lukoyl" şirkətindən alıb.
Bu barədə “Azadlıq” radiosunun Bolqarıstan xidməti məlumat yayıb.
Qeyd olunur ki, Bolqarıstan hakimiyyəti avqustun ortalarında terminalın istismarı üçün konsessiyaya xitam verilməsi barədə “Lukoyl”a məlumat verib.
Bolqarıstanın nəqliyyat və kommunikasiyalar naziri Georgi Qvozdeykovun sözlərinə görə, müqavilə fors-major vəziyyətə görə ləğv edildiyi üçün hökumət konsessiyaçıya kompensasiya ödəməyəcək.
"Bundan sonra "Lukoyl" öz hüquqlarını başqa yerdə axtara bilər, lakin Bolqarıstanda yox. Biz qanunlara və Avropa qaydalarına əməl etmişik", - nazir deyib.
Lukoil 2011-ci ildə Rosenets terminalının idarə edilməsi üçün 35 illik konsessiya müqaviləsi imzalayıb. Lakin bu yay Bolqarıstan parlamenti Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə müqaviləni ləğv etmək qərarına gəlib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay