BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
32340

Beynəlxalq firmanın auditi Rusiyanın qaz nəhəngi “Qazprom”un Moldova hökumətinin ona 800 milyon dollar borcu olması ilə bağlı iddialarını təkzib edib.

Qaynarinfo xəbər verir ki, bu barədə bazar günü Moldova prezidenti Maya Sandu deyib.

Moldova əvvəllər Rusiyadan təbii qaz alıb. Lakin 2021-ci ilin sonunda “Qazprom” və onun Moldovadakı törəmə şirkəti sabit tədarükün davamlı olmasını təmin etmək üçün ödənilməli olan yüz milyonlarla dollarlıq borc toplanddığını söyləyib.

Bir il əvvəl “Qazprom” borcu 709 milyon dollar hesablamışdı, baxmayaraq ki, bu məbləğ faizlərlə arta bilərdi.

Sandu açıq iclasda bildirib ki, audit bu iddiaları təkzib edib, baxmayaraq ki, onun dediklərindən hansısa kiçik bir borcun olub-olmadığı da aydın olmayıb.

Sandu bildirib ki, Kişinyov hökuməti yaxın günlərdə auditin nəticələri ilə bağlı rəsmi açıqlama verəcək.

“Bu hələ ictimaiyyətə məlum deyil, amma gələn həftə hökumətimiz çıxıb deyəcək ki, biz beynəlxalq şirkəti işə cəlb etmişik, audit aparmışıq və onlar bildirib ki, bizim Qazprom-a 800 milyon dollar borcumuz yoxdur”, - Moldovanın Nokta nəşri Sandudan sitat gətirib.

Avropayönlü Moldova hökuməti ötən ilin dekabrından qazı digər Avropa mənbələrindən alır.

Xəbər verildiyi kimi, Moldova hökuməti bir neçə istilik mövsümü senarisi üçün plan hazırlayıb ki, onlardan biri Qazpromdan sağ sahil üçün qaz alışının bərpasını, digəri isə tədarükün tamamilə dayandırılmasını nəzərdə tutur.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"da 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin