"Twitter"dəki paylaşımına görə edam cəzası verdilər
Səudiyyə Ərəbistanında "Twitter"də hökuməti tənqid edən yazılar paylaşan Mohammad Alqhamdi adlı şəxs ölüm cəzasına məhkum edilib.
Valyuta.az xəbər verir ki, bu tarixdə sosial şəbəkədəki paylaşımlarına görə verilən ilk ölüm cəzası kimi qeydə alınıb.
NPR-nin hesabatına görə, Alqhamdi "Twitter" və "YouTube"dakı fəaliyyətlərinə görə edam cəzasına məhkum edilən ilk şəxs olub. Bir neçə nəfər isə hökuməti onlayn tənqid etdiyinə görə 20 ildən 45 ilə qədər həbs cəzasına məhkum olunub.
Səudiyyə hökumətinin "X"də istifadəçilərin məlumatlarını necə əldə etdiyi məlum deyil.
Bununla belə, FTB-nin şikayəti və ABŞ-da federal araşdırma nəticəsində keçmiş "Twitter" əməkdaşı rüşvət qarşılığında məxfi istifadəçi məlumatlarını Səudiyyə hökumətini tənqid edənlərə satmaqda təqsirli bilinib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay