BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
32272

“Son illər Azərbaycanda bir çox sahələrdə olduğu kimi bu sahələrdə də durğunluq müşahidə olunur”.

Bu sözləri Valyuta.az-a iqtisadçı Natiq Cəfərli Azərbaycan balıqşılığın ləng inkişaf etmə səbəbləri haqqında danışarkən deyib.

Natiq Cəfərli deyib ki, balıqçılıq Azərbaycanda hətta Çar Rusiyasından bəri ənənələri olan nadir sahələrdəndir:

“Həm çay balıqçılığı, həm dəniz balıqçılığının nəsildən-nəsilə ötürülən kifayət qədər böyük ənənələri olub. Lakin son illər bu ənənə pozulub. Əvvəl “Caspian Fish” adlı adlı özəl müəssisə yaradıldı, balıqçılıq təsərrüfatının inkişafı ilə bağlı alınan qərarlar da onlara tapşırıldı. Amma görünən odur ki, heç bir effekt vermədi. Əksinə Azərbaycan balıq məhsullarının istehsalında da xeyli gerilədi və daxili bazarda yerli məhsulun həcmləri də azaldı. Azərbaycan dəniz ölkəsi, dənizin kənarında yaşamağımıza baxmayaraq balıq məhsullarını qida rasionunda ən az istifadə edən toplumlardan birinə çevrildi. Bu model effekt vermədi, çünki inhisarçı model idi, digər kiçik-orta sahibkarları bu sahəyə buraxmırdılar. Burda təkbaşına fəaliyyət göstərərək əlavə gəlir qazanmaq həvəsi rəqabətsizlik mühitinin genişlənməsinə, ümumiyyətlə bu mühitini yaranmasına səbəb oldu”. 

İqtisadçı qeyd edib ki, 2010-cu illərdən sonra çay balıqçılığı ilə bağlı müəyyən inkişaf tendensiyası gördük, çünki kiçik sahibkarlar bu sahəyə maraq göstərməyə başladı:

“Müxtəlif rayonlarda farel adlanan balıq növünün yetişdirlməsinin və bazraa çıxarılmasının şahidi olduq. Bu balıqları yetişdirmək çətin deyildi.  Bu balıqların saxlanılması asandır, onları qidalandırmaq üçün yemək çeşidləri çoxdur. Ancaq qiymətləri ilə bağlı problem yaşandı, həcm kiçik olduğuna görə qiymətlər baha oldu. Qiymətin baha olması da vətəndaşın istehlakında balıq məhsullarının yerinin artmamasına səbəb oldu”.

İqtisadçı deyib ki, bu qədər imkanlar şəraitində, dəniz sahilimizin uzunluğunun kilometrlərlə olduğu halda bizdə balıqçılığın inkişaf etməməsi ayıbdır:

"Çünki bu sahə o qədər çətin, investisiya tələb edən sahə deyil, sadəcə burda normal idarəetmə ilə paralel olaraq rəqabətli mühitin yaranması, vergilərlə, müəyyən investisiyalarla dövlət dəstəyinə ehtiyac var. Azərbaycanda hələ də bu sahəni bilən, burda çalışmaq istəyən insanlar var. Onların bazarda rahat davranmasına şərait yaransa müəyyən irəliləyiş və artım ola bilər”. 

“Birdən-birə kiçik balıqçıların balıqçılıqla məşğul olmamsının səbəbləri nə oldu ki, insanlar bu sahədən uzaqlaşdılar” sualına cavab verən iqtisadçının sözlərinə görə, bu sahədə qanunvericilik sərtləşdirildi:

“Qanunun sərtləşdirlməsi “xoş niyyətlə” baş tutdu ki, Xəzərin ekomüxtəlifliyinin qorunması, brokenyerlərə qarşı mübarizə və s. ilə qanunlar sərtləşdirildi. Nəticə etibarı əhaliyə dəydi. Çünki bu sərtləşdirmədən istifadə edən səlahiyyətli şəxslər, nəzarətedici orqanlar bu sahəyə o qədər ciddi yükəndilər ki, insanlarda balıqçılıqla məşğul olmağın marağı və həvəsi qalmadı. Çünki gəlirlilik aşağı düşdü. Dünyada qəbul olunmuş qaydalar var. Məsələn, Türkiyədə balıqların kürü tökən, kiçik balıqların dünyaya gəldiyi prosesdə balıqçılığa 3-4 ay qadağa qoyurlar. Bu dünyada çox geniş yayılmış praktikadı. Sənaye üsulu ilə balıq tutmaq tamamilə qadağan olunur. Ancaq tilovla və ya fərdi qaydada istifadə üçün icazə verilir. Ancaq payızdan yay aylarına balıqçılıqla məşğul olmağa icazə var. Bizdi isə qanunun sərtləşdirilməsi ilə elə qarışılıqlıq yaranıb ki, bundan da yalnız səlahiyyətli şəxslər faydala bilir. Bununla da korrupsiya və rüşvətin yaranmasına şərait yarandı. Bununla da balıq tutub bazarlarda, həyətlərin qarşısında, küçələrdə balıq satmaq kimi ənənəvi peşəsindən vaz keçməli oldular”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

I və IV qrupların cavabları nə vaxt elan olunacaq?

Müəllimlərin sertifikasiyasının keçiriləcəyi imtahan mərkəzlərinin SİYAHISI

Möminə xatun türbəsi restavrasiya olunacaq

Sosial media ulduzları milyonlar qazanır – 2025-ci ilin ən gəlirli yaradıcıları açıqlandı

“WhatsApp”da yeni funksiya işə düşür – Status bölməsinə reklamlar gəlir

8,4 milyon istifadəçinin şəxsi məlumatları haker tərəfindən ələ keçirildi

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? (AÇIQLAMA)

Bakı və Abşeronda 4 gün su kəsiləcək - Qəza olub

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Azərbaycan bu ölkəyə soğanın kiloqramını 8 manata satıb

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

Nazir Gəncəyə rəis təyin etdi

Bakıda minlərlə insan şəxsi maşından İMTİNA EDİB

Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA

​Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? - QİYMƏTLƏR

Tərzi ilə modanı dəyişən evsiz Slavikin dəb hekayəsi

İran Birjası fəaliyyətini dayandırıb

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Bakıda istirahət bahalaşır - Otellərdə qiymətlər

Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb

2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - AÇIQLAMA

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin