BAKU Azərbaycan
10.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
32207

Ötən gün ali məktəblərə qəbulun nəticələri açıqlanıb. Azərbaycanın müxtəlif bölgələrindən tələbə adını qazanmış gənclərin səs-sorağı artıq ölkə ərazisini bürüyüb. Bu müjdəli xəbərlərdən biri də işğaldan azad edilmiş Laçın şəhərindən gəlib. Şəhər sakini Nigar Əhmədzadə tələbə adını qazanması xəbərini Laçında alıb.

Təəssüratlarını "Report"a bölüşən N.Əhmədzadə deyir ki, ixtisas seçimlərini Laçına köçdükləri gün təsdiqləyib.

O, seçdiyi ixtisasları Bakıda olarkən qərarlaşdırsa da, ancaq təsdiq etmədiyini söyləyib:

"Düşündüm ki, seçimlərini Laçında təsdiqləməliyəm. İnanırdım ki, Laçın mənə uğur gətirəcək. Biz Laçına ilk köçən 20 ailədən biriyik. Laçına gəldiyimiz ilk gün seçimlərimi təsdiqlədim. Həqiqətən də düşündüyüm kimi oldu və Laçın mənə uğur gətirdi. Universitetə qəbul olmağımla bağlı xəbəri Laçında aldım. 582,9 balla ADA Universitetinin riyaziyyat ixtisasına qəbul oldum. Tələbə adını qazanmağımı Laçında öyrəndiyim üçün çox xoşbəxtəm".

N.Əhmədzadə bildirir ki, Laçın haqqında əvvəllər çox eşitsə də bu torpaqları gördükdən sonra heyranlığı birə-beş artıb. O, atasının doğma yurdu olan Laçına elə atasının söhbətləri ilə də xəyali səfər etdiyini bildirib.

Atasının Birinci Qarabağ müharibəsi veteranı olduğunu söyləyən müsahibim qeyd edib ki, o, torpaqların işğaldan azad olunmasını və buraya köçməyi həsrətlə gözləyib:

"Atamın ürəyi həmişə Laçınla döyünüb. Hər zaman öz yurdundan sevə-sevə danışıb. Onun danışdıqlarına əsasən təxmin edirdim ki, Laçın çox gözəldir. Buraya gələndə isə gördüm ki, Laçın deyilənlərdən və düşündüklərimdən qat-qat möhtəşəmdir. Laçında günlərimiz çox gözəl keçir və burada yaşamaq çox xoşdur. Burada hər yan dağlıq və meşəlikdir. Atam bu torpaqlarda çox olsa da, anam, mən və bacım üçün bura yenidir. Hava şəraiti burada tez-tez dəyişir. Buna baxmayaraq hava yağışlı və küləkli olsa da gəzir, Laçınla tanış oluruq. Atam da böyüyüb, boya-başa çatdığı bu torpaqlar haqqında bizə məlumat verir".

O, təhsili ilə bağlı doğma Laçından ayrılacağı üçün kədərləndiyini deyir: "Bu gün universitetə qəbul olmağın sevincini yaşayıram. Amma təhsilimlə bağlı buradan ayrılacağam. Kaş ki, burada yaşamağa davam etmək əlimdə olaydı. Laçından doymaq mümkün deyil. Ona görə ki, burada çox xoşbəxtəm. Universiteti bitirdikdən sonra isə məmnuniyyətlə gəlib Laçında çalışaram".

Qeyd edək ki, Laçından keçmiş məcburi köçkün Əhmədzadə Nigar Əjdər qızı 2006-cı il fevralın 7-də Bakı şəhərində anadan olub. Paytaxtın 95 nömrəli tam orta məktəbini bitirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır (VİDEO)

Üç ayda 3 min ton çay istehsal olunub

“Samsung”un “Apple”a mükəmməl cavabı çox gecikmədi - VİDEO

Çində turistlərin kosmosa uçuşlarının başlama tarixi məlum oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin