BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
32147

Əfsanəvi baş məşqçisi Arsen Vengerin 2018-ci ildə gedişindən sonra “Arsenal” transfer bazarına xeyli vəsait xərclədi. Deklan Rays, Qabriel Jesus, Ben Vayt və Tomas Parti kimi ulduz futbolçulara yarım milyard funt-sterlinqdən çox pul xərclədi. Klub həmin müddət ərzində çox az pul qazandı. Nəticədə xalis xərcləri son beş ildə “Liverpul” və “Mançester Siti” kimi klublarınkından daha çox oldu. “Topçular”ın rekord satışı 2017-ci ildə 35 milyon funt-sterlinqə “Liverpul”a keçən Aleks Oksleyd-Çemberleyndir. “Arsenal”ın xərcləri balanslaşdırması və Maliyyə Feyr-Pleyinə sadiq qalması üçün transfer bazarına daha çox vəsait cəlb etməli olacağı ilə bağlı narahatlıqlar var.

Valyuta.az Vengerin klubdan ayrılmasından sonra satılan futbolçuların siayhısını təqdim edir.

Auston Trasti – 5 milyon funt-sterlinq

Amerikalı müdafiəçi “Topçular” üçün rəqabətədavamlı bir görünüş yaratmadan gəldi və getdi. Lakin o, kluba qazanc gətirdi. “Kolorado Rapids”dən iki milyon funt-sterlinq məbləğində ödəniş qarşılığında transfer olunmuşdu. Trasti, “Birmingem”ə keçməzdən əvvəl MLS klubuna qaytarıldı. O, sonuncu dəfə beş milyon avroya “Şeffild Yunayted”ə transfer olundu.

Lukas Torreyra – 5,5 milyon funt-sterlinq

“Arsenal”ın Vengerdən sonrakı dönəmində ilk satılan futbolçulardan biri olan Torreyranın enerjisi və əzmkarlığının onu gələcəkdə orta sahənin əsas dayağına çevriləcəyinə ümid var idi. Uruqvaylı Unay Emerinin sevimli oyunçusu olmaq üçün kifayət qədər ümidverici başlamışdı, lakin mübarizəsini davam etdirə bilmədi. O, son illərini periferiyada keçirdi. Ötən yay “Qalatasaray”a satılmadan əvvəl “Atletiko” və “Fiorentina”ya icarəyə verildi. “Arsenal” onu 21 milyon funt-sterlinq zərərlə satdı.

Pablo Mari – 6 milyon funt-sterlinq

Cənubi Amerikada parlayan nadir avropalı 2020-ci ildə Libertadores kubokundakı parlaq çıxışdan sonra “Flamenqo”dan icarə əsasında “Arsenal”a gəldi. Zədələnməsinə baxmayaraq, Edu üçün “Arsenal” 2020-ci ilin yayında 6,8 milyon funt-sterlinq ödəyərək, onun transfer hüquqlarına tam şəkildə yiyələndi. Mari “Arsenal”ın əsas heyətində yer almaq üçün mübarizə apardı. Ancaq keçən mövsüm futbolçu “Monza”ya cüzi bir itki ilə satıldı.

Kristian Bielik – 7,5 milyon funt-sterlinq

“Legiya”dan transfer olunan Bielik “Arsenal”ın heyətində bir neçə dəfə kubok oyunlarında meydana çıxdı. 2019-cu ildə “Çempionşip” təmsilçisi “Derbi Kaunti” polşalı futbolçunu 7,5 milyon funt-sterlinq müqabilində aldı. Bielik “Derbi Kaunti”də olduğu müddətdə əsasən zədələrlə mübarizə apardı və nəticədə qaçılmaz, əhəmiyyətli itki ilə “Birmingem”ə satıldı.

Matteo Gündüzi – 9 milyon funt-sterlinq

Gündüzinin “Arsenal”a transferi maraqlı gediş idi. Yarımmüdafiəçinyə olan münasibətlər Mikel Artetanı yanlış yola saldı. “Arsenal” onu icarəyə götürdükdən sonra “Marselə” satıldı və öz ölkəsində reputasiyasını bərpa etdi. Futbolçu Çempionlar Liqasının seçmə mərhələsində “Panatinaikos”la oyunda avtoqol və qaçırılan penalti ilə yadda qaldı. Uğursuzluğa düçar olmasına baxmayaraq, Liqa 1-ə qayıtdıqdan sonra Mauritsio Sarrinin "Latsio"suna icarəyə verildi.

Mett Turner – 10 milyon funt-sterlinq

Son mövsümlərdə çox qapıçılar “Emirates”ə gəlib-getdi. Ancaq, Aaron Ramsdeyl və David Raya ilə qapı dirəkləri arasında yer uğrunda mübarizə aparan Turner istədiyi şansı qazana bilmədi. Amerikalı qapıçı 2022-ci ildə “New England”dan gəldikdən sonra “Arsenal”da cəmi bir mövsüm keçirdi. O, yalnız kubok oyunlarında meydana çıxdı və heç vaxt Ramsdeyli üstələyə bilmədi. Lakin “Topçular” 4,5 milyon funt-sterlinq qarşılığında alınan qapıçıdan qazanc əldə edə bildilər. Belə ki, o, “Nottingem Forest”ə 10 milyon funt-sterlinqə satıldı. 

Qranit Xaka – 21,5 milyon funt-sterlinq

Xaka öz azarkeşlərinə söyüş söyüb kapitanlıqdan məhrum edildikdə, onun “Arsenal”da nə vaxtsa müsbət iz qoyub getməsi qeyri-mümkün görünürdü. Lakin İsveçrə millisinin üzvü heyranedici şəkildə “düşdü” və keçən mövsüm “Arsenal”ın baş məşqçisi Mikel Artetanın əsas oyunçularından birinə çevrildi. O, bu müddətdə kluba 21,5 milyon funt-sterlinq gəlir gətirdi. Xaka Xabi Alonsonun rəhbərlik etdiyi “Bayer” üçün müstəsna bir başlanğıc etdi. Arteta onu buraxdığına görə peşman olacaqmı?

Emiliano Martinez – 17 milyon funt-sterlinq

Argentinalı qapıçı “Arsenal” üçün Premyer Liqadan daha çox kubok yarışlarında çıxış etdi və 2020-ci ildə İngiltərə Kubokunu qaldırdıqdan sonra klubdan ayrıldı. Martinez müntəzəm şəkildə əsas komandada oynamq üçün ayrılıq qərarı verdi. O, Amerika Kubokunu və dünya çempionatının qalibi olmaqla Argentina millisinin əsas heyətində yer almağa layiqliyini sübut etdi. Hazırda şübhəsiz ki, “Aston Villa”nın ən yaxşı oyunçuları arasındadır. “Arsenal” onun əvəzinə Bernd Lenonu transfer etdiyinə görə peşman ola bilərdi. Ancaq hazırda klub qapıçı problemi yaşamır.

Co Villok – 25 milyon funt-sterlinq

Villok Taynsaydda yarım mövsümlük çıxışı ilə “Topçular”a danışıqlar üçün rəvac verdi. O, komandasının vacib bir hissəsi olaraq qalmasına baxmayaraq, heç vaxt eyni yüksəklikləri fəth edə bilmədi. Yaxşı oyunçudur, “Arsenal” “Hale End” məzununu 25 milyon funt-sterlinq qarşılığında transfer etdiyinə görə peşman olmayacaq.

Aleks İvobi – 35 milyon funt-sterlinq

“Arsenal”a xeyli qazanc gətirən başqa bir “Hale End” məzunu, İvobi Qudison Parkında yaxşı anlar yaşadı. Lakin o, komandasını “Çempionşip”ə düşməkdən xilas edə bilmədi. Son xəbərlər, Nigeriya millisinin üzvünü Londona qayıtmağa hazır ola biləcəyini, “Fulhem”in transfer pəncərəsi bağlanmazdan əvvəl onu heyətinə qatmaq istədiyini göstərir. 

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin