"250 min əlilin əlilliyi ləğv edilməklə pensiyadan məhrum edilib” - Ekspert
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul tarixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
Bu rəqəm onu göstərir ki, ötən ilin ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı 5,4 faiz azalıb.
Görəsən, pensiyaçıların sayının azalmasına hansı amillər təsir göstərib?
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bildirib ki, pensiyaçıların sayının azalması tendensiyası ilk növbədə 2017-ci ilin 1 iyulunda qəbul edilən qanunvericilikdən qaynaqlanır:
“Həmin qanundan irəli gələrək, hər il pensiyaçıların sayı müəyyən qədər azalır. Həmin qanuna görə, kişilər və qadınlar 65 yaşında pensiyaya çıxmalıdır. Artıq kişilər 65 yaşında pensiyaya çıxır. Qadınlarla bağlı isə hər il 6 ay uzadılmaqla pensiya yaşı 2027-ci ildə 65 yaşına çatdırılacaq. İndi isə qadınlar 63,5 yaşında pensiyaya çıxır. Məhz yaş həddinin artırılması yaşa görə pensiyaya çıxanların sayının azalmasına səbəb olub”.
Digər tərəfdən, həmsöhbətimizə görə, əlilliyə görə pensiyaya çıxanların sayının daha çox azalması da prosesə öz təsirini göstərib:
“5 il bundan əvvəl əlilliyi olanların və komissiya yaşı çatanların böyük əksəriyyətinin pensiyası bərpa olunmadı. İndi də elə insanlar var ki, əlil olsa da, bunu sübut edə bilmir. Yaxud da əlil olub, komissiya vaxtı çatanda növbəti dəfə əlilik vaxtı uzadılmayıb. Ötən dövrdə 250 min əlilin əlilliyi ləğv edilməklə pensiyadan məhrum edilib”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay