Naxçıvanda iş adamının ölkədən çıxışına “stop” qoyula bilər - Borcunu ödəmir
Naxçıvan Muxtar Respublikasında (MR) iş adamı Zahid Səyyubsoyun ölkədən çıxşına “stop” qoyula bilər.
Valyuta.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlarla İş üzrə Baş İdarəsi bununla bağlı xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.
İş Naxçıvan MR Kommersiya Məhkəməsinin hakimi Elşən Salmanovun icraatındadır. Acqustun 31-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Zahid Səyyubsoy “Z.F.S İnşaat” MMC və “Stor Təchizat” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət 2020-ci ildə 5 manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alınıb.
Araşdırmalarımız zamanı məlum olub ki, “Z.S.F İnşaat” MMC-nin 9 559,80 AZN, “Stor Təchizat” MMC-nin isə 7 637,31 AZN vergi borcu var.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay