VACİB
25.08.2023 / 17:50
Xanım şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu
31953
“AİK Qrup” MMC-nin rəhbərinin ölkədən çıxışı məhdudlaşıdırlıb.
Valyuta.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva ilə bununla bağlı qətmanə çıxarıb.
İş materiallarından məlum olur ki, şirkətin 21 980,27 AZN vergi borcu var.
Şirkət borcu ödəməkdən yayındığına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi xüsusi icraat növündə məhkəməyə ərizə ilə müraciət edib.
Hakim Aytən Əliyeva da ərizəni təmin edib.
“AİK Qrup” MMC 5 iyun 1998-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin qanuni təmsilçisi Mehdiyeva Nailə Əsəd qızıdır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay