BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
31916

Avtomobilini 14 il əvvəl başqasına satan adamın ünvanına davamlı olaraq DYP tərəfindən cərimələr gəlir. Maraqlı məqam odur ki, avtomobili satan adam da artıq bir ildir ki, dünyasını dəyişib. Avtomobil istifadəçisi isə Bakıda davamlı olaraq qayda pozur. Cərimələrsə avtomobil idarə edənin yox, satanın Salyan  şəhər, 20 yanvar  küçəsindəki ünvanına gəlir.

Bizim.Media-nın Cənub bürosunun əməkdaşları məsələni araşdırmaq üçün Salyan rayonunda olublar.

Araşdırma zamanı məlum olub ki, ölən adamın adına nə az, nə çox düz 1000  manatdan yuxarı cərimə gəlib. Oğlu isə deyir ki, atam neçə ildir maşını satıb. Söhbət Salyan rayon sakini Hüseynov Elşən Fərman oğlunun düşdüyü  problemdən  gedir.

Şikayətçinin sözlərinə görə atası Fərman Hüseynov  2000-ci ildə  qaraj müdiri işlədiyi Salyan  Kənd  Nəqliyyat açıq Tipli Səhimdar Cəmiyyətinə məxsus “ZİL-MMZ 4502” markalı 52-BE488 dövlət nömrə nişanlı yük maşınını özəlləşdirmə yolu ilə  Bakı sakininə satıb.

Həmin avtomobilin etibarnamə müddəti 2015-ci ildə bitib.

Bundan sonra isə avtomobilə yazılan cərimələr onun atasının adına gəlir. Elşən Hüseynovun sözlərinə görə atası sağlığında sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasın deyə cərimələrin bir qismini sağlığında ödəyib.

“Salyan rayonunda  97-lər deyilən qaraj vardı. Atam qaraj müdiri işləyirdi. Maşınları əvvəl atamın adına özəlləşdirdilər. Sonra isə satışa çıxardılar. Bu ZİL maşınını isə Bakı sakini alıb. Həmən vaxtda etibarnəamə verilib 2015-ci ilədək...”

Elşən Hüeynov deyir ki, əvvəllər cərimələr atamın adına gəlirdi, artıq bir ildir ki, atam rəhmətə gedib, və yenə də cərimələr onun adına gəlir.

Deyir atam sağlığında dəfələrlə aidiyyatı  üzrə  müraciət etsə də  məsələ həllini tapmayıb. İndi də narahatam ki, gələcəkdə atamın vərəsəsi kimi cərmələri mənə ödətdirərlər.”

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)-dən Bizim.Media-ya bildirildi ki , vətəndaşın müraciəti nəzərə alınaraq mülkiyyətçisi olduğu nəqliyyat vasitəsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)-in axtarış sisteminə daxil edilmiş və hal-hazırda axtarışdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin