Seymur Orucov Poylu və Qarayazıda səyyar qəbul keçirdi (FOTO)
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbullarını rayonun Poylu kənd və Qarayazı qəsəbə yaşayış məntəqələrində keçirib.
Seymur Orucovun başçılığı ilə keçirilən vətəndaş qəbullarında RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların nümayəndələri və kənd sakinləri iştirak ediblər.
RİH başçısı çıxışlarında ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, eləcə də işğaldan azad olunan torpaqlarımıza sürətlə davam edən “Böyük Qayıdış” konsepsiyasından söz açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazın vahid liderinə və dünyada söz sahibinə çevrilib.
Səyyar qəbullarda müxtəlif məzmunda məsələlər qaldıran hər bir vətəndaş diqqətlə dinlənilib, həmçinin onlara qanunamüvafiq qaydada izahatlar verilib. Məsələlərin həllinə dair geniş müzakirələr aparılıb, həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Yaşayış məntəqələrinin sakinləri ölkəmizdə mövcud sülh və əminəmanlığa görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay