Varşava hava limanın yeni xidmət: Daşınması qadağan edilən qiymətli əşyalar...
Varşavada Şopen Hava Limanı əl yükündə daşınması qadağan edilən qiymətli əşyaları özləri ilə aparan sərnişinlər üçün xidmətə başlayıb.
Valyuta.az "Avianews"a istinadən xəbər verir ki, indi daşınması qadağan olunmuş əşyaları atmaq əvəzinə evə göndərmək olar. Poçt şöbəsi "Fast Track" artıq aeroportun müvafiq bölməsində fəaliyyət göstərir.
Sərnişin "Fast Track" xidmətinin haqqını ödəməli və sonra evə göndəriləcək əşyanı təhlükəsizlik işçisinə göstərməlidir. İşçidən icazə aldıqdan sonra səyahətçi tələb olunan ölçüdə qutu seçə, əşyasını oraya yığa və poçt şöbəsində təhvil verə biləcək.
Yeni xidmət ikiqat ödənişi nəzərdə tutur - "Fast Track" xidməti və birbaşa əşyanın evə göndərilməsi üçün. Şopen hava limanı qeyd edir ki, göndərişlər yalnız Polşa sərhədləri daxilində poçt şöbəsi vasitəsilə göndərilə bilər. Çatdırılma üçün sərnişin başqa poçt şöbəsini seçə və ya ünvanı göstərə bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay