Dünya
23.08.2023 / 18:28
Dərs ili başlamamış Türkiyəyə turlar kəskin ucuzlaşdı
31863
Rusiyadan Türkiyəyə turlar 40-60% ucuzlaşıb.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasından (ATOR) bildirilib.
Mütəxəssislər bunu dərs ilinin başlaması səbəbindən tələbatın azalması ilə əlaqələndirirlər.
"Endirimlər ilkin qiymətin 40-60%-nə çatır", deyə bildirilir.
Tur operatorlarının sifariş sistemlərinə görə, avqustun sonunda hər şey daxil uçuşla Türkiyənin üçulduzlu otelində iki nəfərlik bir həftəlik turun qiyməti 60 min rubla (1080 AZN) başa gələcək.
Turoperatorlar qiymətin aşağı salınmasını tələbatın ənənəvi azalmasıyla izah ediblər ki, bu da dərs ilinin başlanması ilə bağlıdır. Sentyabr ayından tələbin normallaşacağını və xüsusi təkliflərin bitəcəyini qeyd ediblər.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay