“Real-Qaz” gömrük qaydalarını pozmaqda ittiham edilir
“Real-Qaz” MMC gömrük qaydalarını pozmaqda ittiham olunur.
Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.4-cü (Malların və nəqliyyat vasitələrinin üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İş baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib və hakim Nicat Ağabəyovun icraatına verilib.
499.1.4-cü maddəyə əsasən, inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
2003-cü ildə təsis edilən “Real-Qaz” sənaye, texniki, tibbi və xüsusi qazların, eləcə də qaz qarışıqların istehsalı, satışı və xidməti üzrə fəaliyyət göstərir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay