Ekspert
22.08.2023 / 08:57
Avtomobillərin icbari sığorta qiymətləri artdı (VİDEO)
31775
Son dövrlərdə avtomobillərin icbari sığortasında qiymətlərdə artımlar müşahidə olunur.
Sığorta eksperti Vüsal Bədəlov "Xəzər Xəbər"ə deyib ki, bu sahədə tətbiq edilən yeni qaydalar qiymət dəyişikliyinə səbəb olub.
Onun sözlərinə görə, bəzi sığorta şirkətlərində nəqliyyat vasitələrinin icbarı sığortasına maraq bir qədər azalıb.
Ekspert bildirib ki, hazırki qiymətlər sığorta şirkətlərinin xərclərini qarşılamır. Çünki sığortalıya ödənilən vəsaitin miqdarı xeyli yüksəlib. Ekspert bunu müəyyən səbəblərlə əlaqələndirib.
O, qeyd edib ki, gələcəkdə icbari sığorta qiymətlərində yenidən bahalaşmanın şahidi ola bilərik.
Vüsal Bədəlov əlavə edib ki, sığorta şirkətləri qiymətləri yenidən artıracağı təqdirdə sığortalıya ödənilən məbləğin də həcmi yüksələcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay