BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
31617

“Ölkə daxilində əsasən istirahət edənlər orta yaşda olanlardır. Onlar əsasən dost və qohum evində qalmağa üstünlük verirlər”.

Bunu valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev söylədi.

R.Qarayev deyir ki, ölkədə əsasən pensiya yaşı 65 götürüldüyündən bu yaşa çatmış şəxslərin istirahət faizi çox aşağıdır: “Dövlət Statistika Komitəsinin 2022-ci il üçün məlumatına əsasən, Azərbaycanda daxili turizmdə yaş qrupları mövcudluğu aşağıdakı kimidir: 26 faiz 46-55, 22 faiz 36-45, 17 faiz 26-35, 14 faiz 17-25 faiz, 14 faiz 17 aşağı, 6 faiz 55-65 yaş, 1 faiz 66 yaşdan yuxarı qeyd olunub”.

R.Qarayev deyir ki, turistlərin 6 faizi otellərdə qalır: “Turistlərin qalma müddəti 22 faiz 1 gün, 33 faiz 1-3 gün, 30 faiz 4-7 gecə, 9 faiz 1-2 həftə, 6 faiz 2 həftədən yuxarıdır. Yerləşmə növünə görə gecələmələr də fərqli istiqamətlər üzrə bölünür. 6 faiz otellər, 10 faiz kirayə evlər, 57 faiz dost və ya qohum evi, 27 faiz şəxsi evlərin payına düşür”.

R.Qarayev deyir ki, 2022-ci ildə ölkə daxilində turizmə xərcləmə 3 milyard manat olub. 2021-ci ildə isə bu rəqəm 2.3 milyard idi. Göründüyü kimi 2022-ci ildə turistin daxili turizm üçün çəkdiyi xərc əvvəlki ildən daha çox olub. Bəs turistlər ən çox pulu nəyə xərcləyirlər? İqtisadçı bildirdi ki, əsas xərc hədiyyələrə olub: “Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, 810 milyon (27 faiz) manat hədiyyə, 780 milyon (26 faiz) manat qidalanma, 570 milyon (19 faiz) gecələmə, 420 milyon (14 faiz) nəqliyyat, 420 milyon (14 faiz) digər xərclər olub. Yəni ən çox xərci hədiyyə almağa edirlər”.

“Rəsmi statistik rəqəmlərə nəzər yetirsək, turistlərin sayı artır, amma bu artım qarşılığında bir çox yerlərdə turizm imkanları olsa da, sahibkarlar həmin yerlərə yatırım etmirlər. Məsələn, Sabirabadda Kür və Araz çaylarının qovuşduğu yer var. Turizm üçün əlverişli yerdir. Bura turlar da təşkil etmək olar. Bundan əlavə ətrafda uşaq və böyüklər üçün əyləncə mərkəzi salmaq olar, amma nədənsə addım atan yoxdur – deyə Rauf Qarayev qeyd etdi.

Qarakişi Vəlizadə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

QHT-lərə yeni cərimələr tətbiq olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin