BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
31537

“Avqust ayının sonuna kimi aviabiletlərin qiymətlərində enmə gözlənilmir. Sentyabr-oktyabr aylarında səyahət üçün daha sərfəli qiymətlər tapa bilərik”.

Bunu valyuta.az-a açıqlamasında turizm eksperti, bloger Azər İsmayıl deyib.

A.İsmayıl payız aylarında daha münasib qiymətə səyahət edə biləcəyimiz 4 ölkə qeyd etdi.
A.İsmayıl bildirdi ki, payızda – “məxməri mövsüm”də Türkiyədə qiymətlər daha münasib olur: “Antalya, Alanya, İzmir, İstanbulu gəzmək olar, bu ərazilərin havası sentyabr-oktyabr aylarında mülayim olur və gəzinti üçün əlverişlidir. Biletlərin qiyməti isə öncədən alınsa, gediş-gəliş 450-500 manat təşkil edəcək”.


Blogerin sözlərinə görə, Dubay (BƏƏ) da sərfəli səyahət edə biləcəyimiz şəhərlər sırasındadır: “Əbu-Dabi şəhərinə aşağı büdcəli aviaşirkətlərdən “Wizzair” uçur. Dubaya isə oradan avtobusla 1 saata getmək olar. 50 avroya birtərəfli bilet tapmaq mümkündür. Otel 1 gecə üçün 50-70 avroya başa gələcək. Kütləvi çimərliklər pulsuzdur. Əsas xərciniz qida və nəqliyyata sərf olunacaq. İctimai nəqliyyat bir o qədər baha olmasa da, taksilər bahadır”.

Tarixi məkanları sevənlər üçün isə, A.İsmayıl payızda Özbəkistana getməyin daha düzgün seçim olduğunu bildirdi: “Özbəkistanın turizm infrastrukturu inkişaf edib. İnsanları mehriban, mətbəxləri olduqca zəngindir. Ölkədə hər qiymətə otel tapmaq mümkündür. Buxara, Səmərqənd Özbəkistanın ən məşhur və tarixi yerləridir. Bundan başqa, Xivə, Daşkənd, Fərqanə də görülməyə dəyər şəhərlərdir. Özbəkistana getmək üçün AZAL və Özbəkistan Hava Yollarından istifadə etmək mümkündür. Birbaşa gediş-gəliş bilet qiymətləri təqribən 600-650 manat olacaq”.

A.İsmayıl deyir ki, dağ turizmini sevənlər üçün Qazaxıstan yaxşı seçim olar: “Bura turizm ölkəsi kimi tanınmasa da, turizm infrastrukturu yetərincə inkişaf edib. Türkdilli ölkədir, mətbəxi zəngindir. Qədim tarixləri var. Qazaxıstan haqqında araşdırsanız, çox maraqlı gəzməli yerlər tapacağınıza əminəm. Qazaxıstana “AZAL”, “BUTA”, “Flyarystan”, “Air Astana”, “Qazaq Air” vasitəsilə getmək olar. Biletləri öncədən axtarsanız, 200-250 manata tapmaq olar. “Flyarystan” və “Buta” aşağı büdcəlidir. “Buta” Aktauya uçuş həyata keçirir. Bu şəhərdə Xəzərin sahilində dincəlmək mümkündür. Otellər çox baha deyil. “Flyarystan” isə Astanaya uçuş həyata keçirir”.
Müsahibimiz qeyd etdi ki, bu ölkələrin hamısında demək olar ki, yemək və otel qiymətləri eynidir: “Otel qiymətləri günlük 50 avro, bir dəfə yemək 10 avro, səhər yeməyi isə təqribən 5 avro təşkil edir”.

Qarakişi Vəlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA

ABŞ yeni "qiyamət təyyarəsi" hazırlatdırır - 13 milyard ayrıldı

Gürcüstanın balıq tədarük etdiyi əsas satış bazarı - Azərbaycan

Robotlar dünyanı ələ keçirəcək? – Astroloq danışdı

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilib

Bu ölkə liderləri COP29-da iştirak edəcək

Dövlət Neft Fondu bu iki nəhəng şirkətin səhmlərini alıb

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin