Üç şirkətin təmsilçisi olan xanım iş adamına stop qoyuldu
“Yasaharoglu Group” MMC, “Avon Group” MMC və “Livon Group” MMC-nin qanuni təmsilçisi olan iş adamı Günel Nəcəfovanın ölkədən çıxşı məhdudlaşdırılıb.
Valyuta.az xəbər verir ki, bununla bağlı Gəncə Kommersiya Məhkəməsi qətnamə çıxarıb.
Günel Nəcəfovanın 12 577,48 vergi borcu yaranıb. İş adamı borcu ödmədiyinə görə 11 saylı Ərazi Vergilər Baş İdarəsi xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.
İşə hakim Gülnaz Quliyevanın sədrliyi ilə baxılıb. Qətnamədə qeyd edilib ki, borc tam ödənilədək Günel Nəcəfovanın ölkədən çıxışı məhdudlaşdırılsın.
Günel Nəcəfovanın qanuni təmsilçisi olan şirkətlər yeni yaranıb.
“Yasahroglu Group” MMC 2020-ci, “Avon Group” MMC və “Livon Group” MMC isə 2021-ci ildə qeydiyyata alınıb.
Hazırda “Avon Group” MMC-nin 2974, 89 AZN, “Livon Group” MMC-nin isə 9 473,41 AZN vergi borcu var.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay