Sosial
11.08.2023 / 20:24
İşə gecikən işçinin maaşından pul tutula bilər? - Ekspert
31392
"İşə gecikməyə görə işçinin maaşından pul kəsənlər qanunu pozurlar".
Bunu Valyuta.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkil bildirib ki, belə hallarda işçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər:
“İşə gecikməyə görə əmək haqqından yalnız o halda tutulma edilə bilər ki, həmin müəssisədə kollektiv saziş olsun. Yəni, işçilərlə işəgötürən arasında kollektiv müqavilə var və həmin cərimə orada nəzərdə tutulub”.
Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 99,9 faizində belə bir saziş yoxdur:
“Belə bir qanun olmadığı üçün işçilərin maaşından işə gecikməyə görə pul tutula bilməz”.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay