Nazirin bacanağının şirkəti meriyaya tabeli qurumu məhkəməyə verdi
Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı “Azsığorta” Açıq Səhmdar Cəmiyyətidir (ASC).
Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi baxılacaq. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
Bakı Şəhər Ticarət və Xidmət Departamentinin Yeraltı Keçidlər üzrə Ticarət Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.
Birliyin qanuni təmsilçisi Səfərov Elşad Əli oğludur.
“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay