Xuraman Muradova “Türk Dünyasının Onur” medalına layiq görülüb (FOTO/VİDEO)
Tanınmış xeyriyyəçi iş adamı, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə İLESAM-ın üzvü, Vektor Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru, Milan Hospitalının rəhbəri, "Sənə məktub yazacam" adlı kitabın müəllifi Xuraman Muradova Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Cahit Bağcının təqdimatı ilə Türk Dünyası Onur-Şeref medalına layiq görülüb. Mükafatı Xuraman xanıma Cahit Bağcı özü təqdim edib.
Qeyd edək ki, festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak ediblər. Festival hər günü bir ölkənin - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırılıb. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olunub. Həmçinin builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də təşkil olunub.
Festivala qatılan türk dünyasının tanınmış qələm sahibləri həm qardaş ölkələrin ədəbi mühiti ilə daha yaxından tanış olublar, həm də öz imza günlərini keçiriblər.
Milan Hospitalının rəhbəri, xeyriyyəçi iş xanımı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir Xuraman xanım Muradaovanın "Onur-Şərəf” madalı ilə təltif olunması tamaşaçılar tərəfindən də çox maraqla qarşılanıb. Sonra sözləri Xuraman Muradovaya məxsus olan "Sənə məktub yazacam” mahnısını ifa edən tanınmış müğənni Mirələm Mirələmovun ifası da gurultulu alqışlarla qarşılanıb. Mirələm Mirələmovun ifa etdiyi "Mən elə küsərəm”, "Səni yuxuda gördüm”, həmçinin Nuriyə Hüseynovanın ifa etdiyi "Ayrılıqlar” mahnıları da böyük rəğbətlə qarşılanıb.
Ümumiyyətlə, son beş ildə bədii yaradıcılıqla daha ciddi məşğul olan Xuraman xanım Muradovanın yazdığı şeirlər, poemalar, nəsr əsərləri, aforizmlər oxucuların böyük marağına səbəb olur. Onun sözlərinə yazılan mahnılar isə tamaşaçıların sevə-sevə qulaq asdığı mahnılardır.
SƏNƏ MƏKTUB YAZACAM
Sənə məktub yazacam…
Yazacam şirin dillə.
Könlünü ovunduran-
Yazacam üç-beş cümlə.
Sənə məktub yazacam…
Yağışın yağmasından.
Günəşin doğmasından,
Küləyin əsməsindən.
Nəbilim daha nədən,
Yazılası çox şey var,
Amma yazmayacam mən,
Sənə olan sevgimdən…
Sənə məktub yazacam,
Ya bu gün, ya da sabah.
Əsas odur yazacam,
Amma oxu, sən Allah.
Yazacağam çox sadə,
Bəlkə də üç-beş cümlə.
Yağışın yağmasından,
Günəşin doğmasından,
Küləyin əsməsindən.
Nə bilim daha nədən,
Yazılası çox şey var,
Amma yazmayacam mən.
Sənə olan sevgimdən…
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay