BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8316
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1276
30821

"Turizm sektorunda qiymətlərin baha olmasının obyektiv və subyektiv səbəbləri var”.

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli deyib. İqtisadçı bildirib ki, turizm sektorunda qiymətlərin baha olduğunu desək də, baha qiymətlərin də öz alıcıları var:

“Çünki baha satılan alınmazsa, bu zaman qiymət ucuzlaşar. Amma o baha qiyməti alan şəxslər olduğu üçün qiymətlər yüksəkdir. Yəni sahibkarın bazarı var deyə davam edirlər".

Xalid Kərimlinin sözlərinə görə, baha olan yerdə problem də var demək deyil:

“Məsələn, mən bu yaxınlarda Avropada gördüm ki, bizim otel otaqlarından pis olan otaqlar beş dəfə baha qiymətədir. Halbuki, Avropanın gözəl şəhərləndən biri idi, oteldəki mebellər də 80-90-ci illərdən qalmışdı".

Ekspert bildieib ki, Azərbaycanda turizm mövsümünün müddəti azdır:

“Yay turizmində cəmi iki-üç ay obyektlərin real işləmək gücü olur. Qış turistik məkanları dekabrdan marta qədər işləyir. Bu obyekt sahibləri də 3-4 aya qoyduqları xərcləri çıxara bilmir. Ona görə də xidmətlərini baha satmalı olurlar. Azərbaycan turizminin ən böyük problemlərindən biri budur”. 

Ekspertin sözlərinə görə, Azərbaycanda turizmin baha olmasınınn digər səbəblərindən biri turist sayının az olmasıdır:

“Sahibkarlar zərərəsizlik nöqtəsi müəyyənləşdirir. Baxır ki, otelinin doluluq səviyyəsi 30 faizdir. O bu qədər faizlə həm pul xərclərini qarşılamalı, həm də pul qazanmalıdır. Ona görə də pulunu daha az olan müştəridən çıxarır. Əgər sahibkar bilsə ki, onun istirahət mərkəzinə gələn turist çoxdur, ilboyu işləyəcək, bu zaman daha yaxşı qiymət siyasəti həyata keçirəcək". 

Xalid Kərimli daha bir səbəb kimi tikinti, investiya xərclərinin çox olmasını göstərib:

“Burada müxtəlif obyektiv və subyektiv səbəblər var. Biz Türkiyə ilə müqayisə edə bilmərik. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yerli istehsal olmadığına görə otel tikintisində, təminatında qiymətlər Türkiyədən azı 40 fazi baha başa gəlir. Bizdə bütün məhsul xaricdən alınır".

Ekspertin sözlərinə görə, əsas səbəblərdən biri də rəqabət mühitinin pis olmasıdır:

“Baha olmasının digər səbəbi də belə turistik məkanların az olmasıdır. Azdır deyə baha satırlar, çox da açmaq istəmirlər, ona görə ki, elə də rentabelli sahə deyil. Bütün ili işləmədiklərinə görə risklər və xərclər baryeri çoxdur”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ucuzlaşacaq, yoxsa ucuzlaşmayacaq?

“Apple” şirkətini məcburiyyət qarşısında qoyan reklam çarxı - VİDEO

34 ölkədə qadağan olunan məhsul - Biz niyə ondan imtina etmirik?

Dünyanın ən qiymətli alkoqolsuz içki markaları - SİYAHI

Dünyanın ən qiymətli alkoqolsuz içki markaları - SİYAHI

Mbappe 200 milyon avroluq təklifdən imtina edib

Daşınmaz əmlakı nağdsız əldə et, ƏDV-nin 30 faizini geri al

Mal-qara ilə baş verən qəza hallarında məsuliyyəti kim daşıyır?

“Saudi Aramco”-nun kapitalı Səudiyyə Ərəbistanının ÜDM-ni ötüb

Çiyələk bol, qiymət ucuz - Qiyməti bahalaşa bilərmi?

G20-də kapitallaşması milli ÜDM-i keçən yeganə şirkət açıqlandı

Günlük villa kirayələrinə maraq artıb: Səbəb nədir?

Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb

Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? (VİDEO)

Türkiyə kriptovalyuta bazarının tənzimlənməsinə başlayır

Sirri hələ də açılmamış ən qəribə bank quldurluğu

“Lamborghini” mühərriklərin səsləri yazılmış aksesuar təqdim etdi - FOTO

Rusiyada ən çox satılan minik avtomobillərinin adları açıqlandı

“Yüksəliş” müsabiqəsinin “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirilib

Məşhur dərman şirkəti bu ili milyonlarla avro məbləğində zərərlə başlayıb

Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq

Mercedes Dubayda 1 milyard dollarlıq bina tikir

Alibaba GPT-4 analoqunu təqdim edib

3 şəhərin baş planı hazırlanır  - 1,6 milyon ayrıldı

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: "Afterşoklar ola bilər"

Azərbaycan ötən il Rusiyadan nə qədər araq alıb? - İlk "beşlik"dəyik

Azərbaycanda 5,2 bal gücündə zəlzələ oldu

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

“WhatsApp”ın dizaynı dəyişdi - Foto

Nazirdən yeni təyinat

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin