BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8312
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1295
30808

"Otel fəaliyyəti ilə məşğul olan sahibkarlar qiymət siyasətlərinə yenidən baxmalıdırlar".

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli 2023-cü ilin yanvar-iyun aylarında mehmanxanaların boş qalması ilə bağlı statistikadan danışarkən deyib. 

Ekspert hesab edir ki, sahibkarlar qiymət siyasətlərini əsasən günün tələbləri səviyyəsi və vətəndaşların xərcləyə biləcəyi büdcələrinə uyğun olaraq tənzimləməlidirlər:

“Belə olarsa, onların dövriyyəsi artar və daha çox gəlir əldə edərlər. Öncə onu deyim ki, yanvar-iyun ayı turizm mövsümünün aktiv vaxtı deyil. Düşünürəm ki, mehmanxana və otellərin boş qalmasının iki səbəbi var. Bunlardan biri quru sərhədlərin bağlı olmasıdır. Digər tərəfdən də otelərdə qiymətlərin bahalaşması ondan istifadəni azaldıb”. 

Eyyub Kərimli tövsiyyə edib ki, otel fəaliyyəti ilə məşğul olan sahibkarlar bundan nəticə çıxartmalıdır:

“Qiymətləri daha uyğun tələb və təklif əsasında formalaşdırmalıdırlar ki, otellər istifadəsiz qalmasın. Növbəti iyul və avqust aylarında turizm səfərlərinin pik həddidir. Yay mövsümü ilə əlaqədar Azərbaycana gələn turistlərin sayında artım olur, həm də yerli turizmin inkişafı var. Otellərin boş qalmasında həm də kirayə bağ və rayon evlərinin sayının artması da mühim rol oynayır. Bu evlərin çoxalması otellərin boş qalmasına aparan səbəblərdəndir”.

Qeyd edək ki, statistikaya görə, 2023-cü ilin yanvar-iyun aylarında mehmanxanalardan istifadə 16,6% səviyyəsində olub. Yəni, nömrələrin 83,4%-i boş qalıb. 

Aylin
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq

Azərbaycan Türkiyəyə xam neft və qeyri-neft məhsulları satışını azaldıb

Azərbaycanda 55 000 manata xurma ağacı satılır

Bəzi yerlər yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Kapital Bank-ın dəstəyi ilə “My Technology” layihəsinə start verildi ®

MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib (FOTO)

Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Ölkədə heyvandarlığın inkişafı layihəsinə güzəştli kredit ayrıldı

Rəşad Nəbiyev: "Azərbaycanın nəqliyyat üzrə gəlirləri 21 % artıb"

Repetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır?

Xocalı məhkəməsinə sədr təyin edilən Tural Ələkbərov kimdir?

Xocalı məhkəməsinə sədr təyin edilən Tural Ələkbərov kimdir?

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri elan olunub

Rusiyanın neft və qaz büdcəsinin gəlirləri 82,2% artıb

“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi – Borca görə

CO2 qazının emalı üçün nəzərdə tutulmuş ən böyük zavod işə salınıb

Azərbaycanda yenə zəlzələ olacaq?

Aİ Rusiya maye qazına qarşı sanksiyalar hazırlayır - “Bloomberg” açıqladı

Bu qadınların maaşları artırıla, onlara əlavə məzuniyyət günü verilə bilər

"Azercell" bu gündən bəzi tarif paketlərini 33%-dək bahalaşdırıb

Latviyaya ixrac potensialı olan məhsullarımız hansılardır? - Direktor açıqladı

500 min manat mayası olan şirkət Qapalı Səhmdar Cəmiyyətə çevrilir

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlərin ikinci mərhələsi başlayır

Prezident yeni hakimlər təyin etdi (SƏRƏNCAM)

Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq edib

Sabah yağışlı hava olacaq

Bu məhsullar bahalaşdı

Minimum əməkhaqqının nə qədər artma ehtimalı var? - Ekspert açıqladı

Qanunsuz estetik əməliyyatlar icra edən 9 klinikanın rəhbərliyi məsuliyyətə cəlb olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin