"Sərnişin daşımada olan problemi aradan qaldırmaq üçün..." - Ekspertdən təklif
“Bakıda sərnişin daşımada olan problemləri həll eləmək üçün avtobus zolaqlarını təkmilləşdirmək, genişləndirmək, optimallaşdırmaq çox vacib məsələdir”.
Bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa avtobus zolaqları haqqında danışarkən deyib.
Yasin Mustafa deyir ki, avtobus zolaqlarının inkişafı Bakı nəqliyyatında sıxlığın aradan qaldırlmasında, bu da dolayısı ilə insanların vaxt itkisinin qarşısının alınmasında, ekoloji vəziyyətin düzəlməsində öz müsbət təsirini göstərəcək:
“Bunsuz problemin öhdəsindən gəlmək mümkün olmayacaq. İctimai nəqliyyatda ən çox şaxələnən avtobuslardır. Doğrudur, bəzi yerlərdə müəyyən səbəblərdən, məsələn, yol dar olur, eni az, zolaqların sayı az olur və s. kimi məsələrlə bağlı avtobus zolaqları üçün problem yaranır. Buna baxmayaraq, biz bu problemi ciddi şəkildə tez, sürətli, effektiv həll etməliyik. Bəzi yerlərdə avtobus zolaqları quraşdırılıb, lakin yarımçıqdır, bəlli yerdən sonra bitir, ciddi nəzarət olunmur, bəzən digər nəqliyyat vasitələri bu zolaqlarda dayanır. Ona görə də bu məsələ ciddi şəkildə həll edilməli, zolaqlar çəkilməli, onun işlək olma mexanizmi işə düşməlidir. Kamerlar quraşdırılmalı, bu zolaqlardan digər nəqliyyat vasitələri istifadə edərsə, onlara cəzalar tətbiq edilməlidir”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay