“Büdcədə olan artıq vəsait gələcək üçün saxlanılır” - Əkrəm Həsənov
“Dövlət büdcədə olan artıq vəsaiti gələcək illər üçün saxlayır”
Bu sözlərii Valyuta.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.
İqtisadçı bildirib ki, dövlət istəsə büdcədə olan profisitə görə ƏDV-nin faizlərini, dövlət və gömrük rüsumlarını aşağı sala bilər:
“Ancaq bu vəsait növbəti illərə saxlanılır. Özümüzdən götürək, gəlirimiz bir az çox olsa, ondan gələcək üçün də saxlayırıq. İndi biz elə dünyada yaşayırıq ki, hər gün nəsə dəyişir. Qlobal vəziyyət çox dəyişkəndir. Buna görə də ehtiyat üçün saxlanılır”.
“ƏDV məsələsində razıyam, buna baxmaq lazımdır. Çünki hökumət bir tərfədn deyir ki, qiymət artımı, infilyasiyaya qarşı mübarizə aparır, digər tərəfdən isə ƏDV faiz dərəcələri və digər vergilər yüksək olaraq qalır”, deyə Əkrəm Həsənov əlavə edib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay