Vergi
16.07.2023 / 14:00
Naxçıvanda işdən çıxarılan müavinə yeni vəzifə verildi
30405
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Vergi Xidmətinin rəis müavini postundan azad edilən Fərrux Əkbərova yeni vəzifə verilib.
Qaynarinfo xəbər verir ki, Əkbərov Fərrux Məmmədağa oğlu Naxçıvan MR Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması idarəsinin Əməliyyat şöbəsinin rəisi edilib.
Qeyd edək ki, Fərrux Əkbərov mayın 15-də Naxçıvan Ali Məclisi sədrinin müavini, sədr səlahiyyətlərini icra edən Azər Zeynalovun sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay