BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
30173

Bir müddət Çin klubları ilə problem yaşayan Avropa futbolu bu dəfə Səudiyyə Ərəbistanının sıx pul hücumu altında müqavimət göstərməyə çalışır.

Valyuta.az xəbər verir ki, FİFA və UEFA-nın xəbərdarlığına baxmayaraq geri addım atmayan Səudiyyə Ərəbistanı Liqasınndakı klublar yüksək maaş və bonuslar ödəyərək bir çox ulduz futbolçu ilə müqavilə imzalayır. Bir müddət çinlilərin təzyiqi altında olan avropalılar 10 dəfə çox məvacib təklif edən Səudiyyə Ərəbistanı klubları qarşısında müqavimət göstərməkdə çox çətinlik çəkirlər.

Ötən mövsüm ölkə çempionu olan “Al-İttihad” “Seltik”də çıxış edən 24 yaşlı portuqaliyalı Joao Pedro ilə (Jota) 29, “Real”dan ayrılan Kərim Benzema ilə isə 200 milyon avro qarşılığında üçillik müqavilə bağlayıb. "Çelsi"nin fransız futbolçusu Nqolo Kante də "Al-İttihad"da üç il oynayacaq. O, bu müddətdə 100 milyon avro qazanacaq. 

Dünya çempionatından sonra Kriştiano Ronaldo “Al-Nasr”la 500 milyon avro qarşılığında  2,5 illik müqavilə bağladı. Sözügedən klub "İnter"in xorvatiyalı ulduzu Marselo Brozoviçi də transfer edib və ona 18 milyon avro ödəyib. Anderson Talişka və Piti Martinez kimi futbolçuların da yer aldığı “Al-Nasr” Brozoviçə üç il ərzində 100 milyon avro maaş verəcək.

Xorxe Xesusla illik 10 milyon avro şərtilə anlaşan “Al-Hilal”, portuqaliyalı Ruben Neveşlə 25 milyon avroya 4+1 illik müqavilə imzalamışdı. 26 yaşlı futbolçu üçün "Vulverhempton"un büdcəsinə 55 milyon əlavə edən “Al-Hilal” "Çelsi"dən seneqallı Xaliou Kolibalini 23 milyon avro ödəməklə aldı. Üstəlik klub üçillik müqavilə imzaladığı futbolçuya hər il 25 milyon avro ödəyəcək.

"Al-Ahli" "Liverpul"dan ayrıldıqdan sonra bir sıra klubların siyahısına daxil edilən braziliyalı hücumçu Roberto Firminonu 60 milyon avro qarşılığında heyətinə qatıb. Səudiyyə Ərəbistanı təmsilçisi, həmçinin təcrübəli qapıçı Eduard Mendini "Çelsi"dən almaq üçün 18,5 milyon avro ödəyib.

18 komandalı Səudiyyə Ərəbistanı Birinci Liqasında bu mövsüm 83 futbolçu transfer olunub. 122 əcnəbi futbolçunun yer aldığı liqadan gedən 86 nəfərdən əldə olunan gəlir 12 milyon 875 min avro olub. Yeni transfer olunan 83 futbolçuya isə 145 milyon avro ödənilib. Bu da o deməkdir ki, komandaların orta yaş həddinin 28 və ümumi dəyərinin 463 milyon avro olduğu liqada, FİFA-nın xəbər transferlərdən sonra indiyədək 132 milyon avrodan bir qədər çox kəsir qalıb.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"OpenAI" "iPhone"un baş dizaynerinin şirkətini 6,5 milyarda satın aldı

Meşələrin İnkişafı Xidməti 700 minlik təsərrüfat malları alır

Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

Ən sürətli internetə sahib ölkələr açıqlanıb – Azərbaycan neçənci yerdədir?

İlon Mask: Al sənayesi 2026-cı ilin əvvəlində enerji çatışmazlığı ilə üzləşəcək

"İnşaat Konstruksiyaları”nın da borcu var

Məhsulu yalandan reklam edə bilməyəcəklər - Bloqerlərə bəd xəbər

Durovun həbsi "Telegram"ı dayandırmadı: Şirkət 1,5 milyard dollar gəlir əldə edib

BYD ilk dəfə Avropada "Tesla"dan çox avtomobil satdı

Qarabağ Universiteti 4 milyonluq invertar və avadanlıq alır

Şəxsi məlumatlarınızı qoruyun: Wi-Fi təhlükəsizliyi üçün 5 addım

Bu şirkətin yarım milyonluq manata yaxın vergi borcu var

"Apple" iki "iPhone" modelini "vintaj" elan etdi: Bu nə deməkdir?

Mikayıl Cabbarova yeni vəzifə verildi

Tütün məmulatlarının idxalı azaldı

"Atlant" istirahət mərkəzi satılıb zərərçəkənlərə ödəniləcək?- Məhkəmə

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Azərbaycanın xarici ticarət dövriyyəsindəki əsas tərəfdaşları - MƏBLƏĞLƏR

Müəllimlər bu hallarda 65 yaşdan sonra işləyə bilər

Birbank-ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı®

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin