Sığorta şirkəti məşhur bazarı və MTK-nı məhkəməyə verdi
“Azsığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) “MOS-AZ-1” Mənzil-Tikinti Kooperativini (MTK) və “Suraxanı Bazar” ASC-ni məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, MTK ilə bağlı iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın, “Suraxanı Bazar” ASC ilə bağlı iddia isə Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
Hər iki işin mahiyyəti barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Ehtimal olunur ki, məhkəmə çəkişməsi sığorta öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır.
“Azsığora” ASC sığorta bazarının aparıcı şirkətlərindən biridir. ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay