Vergi
06.07.2023 / 17:27
Bu şirkətin dövlətə 870 min borcu var
30070
Bakıda məşhur məmər-qranit istehsalı ilə məşğul olan şirkətin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əliyev Hadı Əlifağa oğlu olan "AZR Business" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 869 min 003 manat vergi boru var.
Üç il əvvəl, daha dəqiq 17.03.2021-dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Hadı Əliyevin ölkədən çıxşına da "stop” qoyulub.
Qərardan narazı qalan "AZR Business" MMC-nin rəhbərliyi Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə hakim Ləman Mustafayevanın sədrliyi ilə baxılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay