Vergi
06.07.2023 / 17:03
Türk iş adamının ölkədən çıxışına "stop" qoyula bilər
30069
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi “Harleys Store” MMC ilə bağlı xüsusi icraat qaydasındfa məhkəməyə müraciət edib.
Valyuta.az xəbər verir ki, iş Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır.
İyulun 17-nə iş üzrə məhkəmə baxışı iclası təyin edilib.
İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdan ibarətdir.
Araşdırmalarımız zamanı bəlli olub ki, “Harleys Store” MMC-nin hazırda 1011,7 AZN vergi borcu var.
Şirkət 16 noyabr 2020-ci ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Ali Arsalandır.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay