BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1375
  • TRY
    0.0436
  • GBP
    2.3093
30063

Son vaxtlar PSJ-nin ulduzu Kilyan Mbappenin "Real"a transfer olunacağı haqda xəbərlər dolaşır.

Valyuta.az xəbər verir ki, hətta Madrid təmsilçisinin futbolçu ilə razılğa gəldiyi və yaxın vaxtlarda bu "transfer bombası"nın partlayacağı gözlənilir. Bəs Madrid klubu Mbappe üçün nə qədər pul ğödəməyə hazırdır və PSJ-dən hansı təkliflər gözlənilir?

AS nəşrində yer alan xəbərə görə  "Real" Mbappe üçün 200 milyon avro ödəməyə hazırdır. Yəni, Fransa klubunun məhz bu təkliflə çxış edəcəyinə ümid bəslənilir. 

Mbappenin Paris klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir. Ancaq futbolçu PSJ-dən getmək və ya klubu pulsuz tərk etmək istəmədiyini açıqlayıb. Paris təmsilçisinin prezidenti Nasser Al-Xelafi də Mbappeni pulsuz buraxmaq niyyətində deyil. Ərəb funksioner özü də açıq şəkildə Mbappenin klubu pulsuz tərk etməsinin heç bir yolu olmadığını bildirib. O, 24 yaşlı futbolçunun ya müqaviləsini yeniləməli, ya da bu yay klubu tərk etməli olacağını söyləyib. Mbappenin müqavilə yenilənmək istəmədiyini nəzərə alsaq, indi onun başqa kluba transferi gündəmdədir. Buna baxmayaraq ki, o, gələn il PSJ-yə borclu qalacağı sadiqlik bonusunu almaq üçün mübarizə aparmağı düşünür. İstənilən halda, Mbappe transferə çıxarılarsa, "Real" fransız ulduzunun gedəcəyi ən real klub kimi görünür.

"Los Blancos" artıq illərdir ki, DÇ-2018-in qalibini heyətinə qatmaq niyyətindədir. Keçən il isə buna daha çox yaxınlaşdılar. 2021-ci ildə "Real" Mbappe üçün 150-200 milyon avro civarında pul təklif etmişdi. Ancaq bu yay qiymətin 200 milyondan aşağı olmayacağı bildirilir. 

Digər tərəfdən satışın baş tutması üçün Mbappe də mövqeyini dəyişməli olacaq. Hücumçu bu qərarını 2024-cü ilə qədər gecikdirərsə, klubundan azad agent kimi ayrılmaq riski artacaq ki, bu da onun satışından pul qazanmaq istəyən PSJ üzərində əlavə təzyiq yaradır. Ancaq transfer indi baş tutarsa, "Real" Mbappenin PSJ-də gələn il qazanmalı olan 70 milyon avronu (bonuslar da daxil) da ödəmək məcburiyyətində qalacaq. 

Beləliklə, fransız hücumçu ilə müqavilə imzalamaq üçün madridlilər böyük maliyyə ödəməlidir. Lakin İspaniya mətbuatında "Los Blancos"un buna hazır olduğu və Mbappenin razılaşacağı təqdirdə satılacağı bildirilir.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İki ölkə Rusiya neftinin "qiymət tavanını" endirmək istəyir, amma problem var

Metrologiya İnstitutunun tenderləri baş tutmadı

“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

Yaponiya dünyanın ən böyük xarici aktiv sahibi olmaqdan çıxdı - 34 il sonra

Süni intellekt modellərini aldatmaq hələ də çox asandır - ARAŞDIRMA

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

"ƏDV geri al" kuryerə "stop" dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?

​​Elmi-Tədqiqat Pediatriya İnstitutundan “Arash Medical”a 179 min manatlıq sifariş

"Xalq Həyat" hər 100 manata 83 manat ödədi – Digər şirkətlər nə qədər ödəyib?

“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti

Bill Qeyts yay mövsümü üçün 5 kitab tövsiyə etdi

Kibertəhlükə yaxınınızda - Bu parolları telefonda istifadə etməyin

Məhkəmə Hüseyn Həsənov barədə qərar verdi

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

İlin sonuna qədər manatı nə gözləyir? (ŞƏRH)

Yer kürəsinin nüvəsindəki qızıl və qiymətli metallar lavalara sızır

"OBA" marketlər şəbəkəsi ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Lisey və gimnaziyalara qəbul qaydaları niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA

Ölkəmizdə ən çox hansı rayonlar ziyarət edilir? - AÇIQLAMA

Əcnəbi şirkətin 175 min manat vergi borcu var

Naxçıvan xəstəxanasına yeni direktor təyin edildi

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi AÇIQLADI

16 şəhərlərarası müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Xaricdən maşın alanda aldanmamaq üçün bunlara diqqət edin

Fəaliyyəti dayandırılmış ABU-nun vergi borcu üzə çıxdı

Məhkəmə 8000 manat dələduzluq edəni həbs etmədi

Harvard Universitetinin qadağa qoyduğu əcnəbi tələbələri hansı ölkə qəbul edəcək?

Azərbaycanlı alim vəfat etdi - FOTO

"KFC" bu ölkələrə 2 milyard dollar sərmayə yatıracaq

Ali təhsil haqqında qanun layihəsi ötən çağırışdan hazırdır -DEPUTAT

Pub 3 milyon 200 min manatla satışa çıxarılıb - Hərrac tarixi açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin