BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
29920

Redmi 9 və Redmi Note 9 smartfonları istehsalçının əvvəllər hər iki modeli EOS (həyati dövrü baaş çatmış modelləri) siyahısına əlavə etməsinə baxmayaraq, hələ də MIUI 14 yeniləməsini alacaqlar.

Valyuta.az xəbər verir ki, bu barədə XiaomiUI portalı məlumat yayıb. Redmi 9 və Redmi Note 9 hər ikisi nisbətən yeni telefonlardır, hər ikisi 2020-ci ildə buraxılıb və hələ də sərbəst satışdadır. Buna görə də, yeniləmənin ləğvi çox kəskin və qəribə görünürdü. 

Bu cür hərəkətlərdən narazı qalan istifadəçilər izahat almaq üçün şirkətə müraciət edib - və çox keçməyib: Xiaomi tez bir zamanda fikrini dəyişib və smartfonları mövcud cihazların siyahısına qaytarıb.
Xiaomi dəstəyindən gələn e-poçtların ekran görüntülərinə görə, Redmi 9 və Redmi Note 9 bu ilin 3-4-cü rübündə MIUI 14 yeniləməsini almağa başlayacaq. Bu cihazlar üçün MIUI 14 versiyası çox güman ki, Android 13-ə əsaslanacaq.

Eyni zamanda Redmi 10X/10X 4G, Redmi 10X Pro, POCO F2 Pro, Redmi 9A və Redmi K30i 5G mütləq köhnəlmiş hesab edilə bilər - onlar MIUI 14 yeniləməsini almayacaqlar.
Bu arada, artıq Xiaomi-nin MIUI 15-i nümayiş etdirməsi gözlənilir. O, yeni Xiaomi 14 flaqmanları ilə birlikdə, ehtimal ki, 2023-cü ilin dekabrında satışa çıxarılacaq.

Xatırladaq ki, Android 14 əsasında MIUI 15-in əsas xüsusiyyətləri Material You üslubunda yenilənmiş interfeys, dinamik mövzular, önizləmə rejimi, yeni Ultra HDR fotoqrafiya rejiminə dəstək, həmçinin əlavə məxfilik parametrləri olmalıdır. Bir qədər əvvəl yeni OS almayacaq smartfonların siyahısı məlum //www.unian.net/techno/eti-xiaomi-skoro-umrut-stalo-izvestno-kakie-smartfony-ostanutsya-bez-android-14-12300225.html olub.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin