Məcnun Məmmədov FAO-nun 43-cü sessiyasında iştirak edir (FOTOLAR)
İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 43-cü sessiyası öz işinə başlayıb. İyulun 7-dək davam edəcək sessiyada Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov da iştirak edir.
Sessiya iştirakçıları planetin su ehtiyatlarından səmərəli istifadə, su ehtiyatlarının inteqrasiya olunmuş effektiv idarəçiliyi, atmosfer yağıntılarının azalması və regionlar üzrə qeyri-bərabər paylanması, quraqlıq, daşqın, sel və subasmaların aqrar sektora mənfi təsirinin minimuma endirilməsi və digər mövzuları müzakirə edəcəklər.
Azərbaycan nümayəndə heyəti sessiya çərçivəsində bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlər keçirib. Nazir Məcnun Məmmədov Estoniya, Şimali Makedoniya, Özbəkistan və Moldovadan olan həmkarları ilə ölkələrimiz arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, əməkdaşlığın hüquqi-normativ bazasının təkmilləşdirilməsi, aqrar tədqiqatlar və texnologiyalar sahəsində təcrübə mübadiləsi və s. qarşılıqlı maraq kəsb edən mövzular ətrafında müzakirələr aparıb.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun FAO-nun 43-cü sessiyasında su resurslarından səmərəli istifadə mövzusunda dəyirmi masada çıxışı nəzərdə tutulur.
Sessiya davam edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay