BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
29824

Fərqli çökəklikləri, zəngin sualtı faunası və florası ilə Türkiyə, dalğıc həvəskarlarına il boyu mavi dərinliklərdə keçmişin izlərini kəşf etmək fürsəti təqdim edir. 8500 kvadrat kilometrlik sahil xətti boyunca Türkiyə dalğıc turizmi ilə maraqlananları sualtı arxeologiya və təbiətdə maraqlı təcrübə ilə qarşılayır. Bundan əlavə, Türkiyənin təmiz sularında dalğıc təcrübələri dünyanın ən qədim sivilizasiyalarının qədim şəhərləri, Egey və Aralıq dənizinin bənzərsiz mətbəxi və üzüm bağları yolları ilə birləşir.

Dünyanın ən əhəmiyyətli dalğıc mərkəzlərindən biri olan Gelibolu Tarixi Sualtı Parkı dastana bənzər Çanaqqala Döyüşlərinin izlərini suyun altında görmək imkanı yaradır. Sahəsi 150 kvadrat kilometr olan sualtı parkda 14 fərqli nöqtədən müxtəlif dərinliklərdə dalış etmək mümkündür. Eyni zamanda dünyanın ən yaxşı qorunmuş döyüş meydanı olan bölgəsində Layter, Arıburnu Barç, Helles Barç, Bone Barç, HMS Louis, Lundy, Hms Majestic, Massena , Sagalien və HMS Triumph kimi batmış gəmilər ilə yüz illik tarixə səyahət edə bilərsiniz. Bu qəzalardan ən məşhurları Lundy yük gəmisi və HMS Majestic zirehli döyüş gəmisidir. Çanaqqala deyildikdə başqa bir dalğıc marşrutu olan Saroz Koyu da unudulmamalıdır. Egey dənizinin ən toxunulmamış nöqtələrindən biri olan və güclü axınlarla özünü təmizləyən koyunda 200-dən çox dəniz canlısının yaşadığı məlumdur.

UNESCO-nun Dünya Mədəni İrs Siyahısında yer alan Truva Qədim Şəhərini və Avropanın muzeyşünaslıq üzrə ən nüfuzlu mükafatlarının sahibi Troya Muzeyini ziyarət edərək Çanaqqalada dalğıc macəranızı zənginləşdirə bilərsiniz. Siz həmçinin Çanaqqala yaxınlığındakı iki füsunkar adaya, Bozcaada və Gökçeadaya da baş çəkə bilər; bölgəyə xas zeytun yağı ilə bişmiş ləzzətləri və orijinal şərabları dada bilərsiniz.

Marşrutunuzu Türk Rivierasının incisi olan Antalyaya çevirdiyiniz zaman Türkiyənin ən məşhur dalğıc nöqtələri ilə qarşılaşacaqsınız. Bölgədəki 15 dalğıc nöqtəsi rəngli sualtı faunası ilə diqqət çəkir. Sualtı qayalıqları, qayalı əraziləri və batan gəmiləri ilə Kaş endemik növləri müşahidə etmək üçün dalğıclara bənzərsiz təcrübələr təqdim edir.

Bölgənin xüsusi dalğıc nöqtələrindən biri olan Kaş, təkcə Türkiyənin deyil, dünyanın ən yaxşı 10 dalğıc nöqtəsi arasındadır. Kaşın məşhur dalğıc mərkəzi Kanyon adlanan bölgədir. Kanyonda balıqlarla yarışaraq suyun sirli dünyasını araşdırmaq qeyri-adi bir təcrübədir. Kanyonun başqa bir xüsusiyyəti sizi dərinliklərə dəvət edən Dimitri qəzasıdır. Digər bir Kaş klassikası, Uçan Balıq, İkinci Dünya Müharibəsi zamanı vurulan Savoia-Marchetti SM79 model İtalyan bombardmançısının qalıqlarıdır. Antalya sularında dalış etdikdən sonra Karya və Likiya sivilizasiyalarına ev sahibliyi edən çoxlu sayda qədim şəhərləri ziyarət edə, məşhur trekking marşrutlarını təcrübə edə bilərsiniz. Uğurlu gününüzdə dalış edərkən, Aralıq dənizi suitilərini və Caretta Caretta tısbağalarını müşahidə edə bilərsiniz. Aralıq dənizi mətbəxinin ləziz dadlarını dadaraq şəhərdə keçirdiyiniz vaxtları ziyafətə çevirə bilərsiniz. Kaşdan əlavə Kalkan, Kemer və Alanyada da yaxşı təchiz olunmuş dalğıc qayıqları ilə sualtını kəşf edə bilərsiniz.

Bodrum Türkiyənin sualtı sərvətlərini kəşf etmək istəyənlər üçün Türkegedə başqa bir vazkeçilməz marşrutdur. Yarımada kristal təmiz sularında balıq, səkkizayaqlı, yosun, dəniz otu və dəniz süngərləri kimi bir çox canlıya ev sahibliyi edir. Bölgədə antik dövrə aid ola biləcək çökəklikləri və divarların müşahidə oluna biləcəyi 20 dalğıc nöqtəsi mövcuddur. Bodrumun ən məşhur dalğıc yerləri bütün fəsillər ilıq sularında dalış edə biləcəyiniz Böyük və Kiçik Qayalardır. Bir-birindən cəmi 200 metr məsafədə olan və su həyatı ilə örtülmüş bu qayalar heyranedicidir.

Bodrumdakı digər möhtəşəm dalğıc yerləri Orak adası və Delikli mağarasıdır. Türkiyədə sualtı tapıntılarının sərgiləndiyi Bodrum Sualtı Muzeyini ziyarət etmək sualtı həvəskarları üçün mühüm təcrübələr vəd edir. Türkiyənin ən əhəmiyyətli istirahət mərkəzlərindən biri olan Bodrumda görüləcək işlər siyahısı da kifayət qədər uzundur. Muğlanın bu cənnət şəhərində gözəl koylarda günəşdən həzz ala, şəhərin restoranlarında türk və dünya mətbəxinin ən gözəl nümunələrini dada bilərsiniz. “Qədim Dünyanın Yeddi Möcüzəsi”ndən biri sayılan Mavsol Türbəsinin qalıqlarının yerləşdiyi Bodrumda da bir çox arxeoloji kəşflər edə bilərsiniz.

Özünəməxsus koyları, mükafatlı çimərlikləri və göz qamaşdıran mənzərəsi ilə yay tətilinin sevimli mərkəzlərindən biri olan Fethiye, Türkiyənin ən yaxşı dalğıc nöqtələrindən biri olan Akvarium Koyuna ev sahibliyi edir. Adını suyunun şəffaflığından alan koy təcrübəli və yeni başlayanlar üçün uyğun bir dalğıc nöqtəsidir. Son illərdə qorunan ərazi elan edilən koy,  gecə dalışları üçün də idealdır. Sualtı həyatının müxtəlifliyi ilə tanınan Akvarium koyunda mavi dərinliklərdə yaşayan canlılara heyran ola bilərsiniz.

Fəthiyədə digər məşhur dalğıc marşrutu, dəniz dibində yumşaq mərcanlarla örtülmüş tağları, sirli tunelləri və dərinləşən yamacları ilə Afkuledir. Dalğıc həvəskarlarının tez-tez getdiyi yer olan Afkule, çoxlu yeraltı mağaralara, müxtəlif balıq növlərinə və dəniz bitkilərinə ev sahibliyi etdiyi üçün peşəkar dalğıclar üçün də uyğundur. Fəthiyədə sualtı kəşf edən macəraçılar füsunkar çimərliyi ilə məşhur olan Ölüdənizi və 80-dən çox kəpənək növünün yaşadığı Kəpənəklər Vadisini də kəşf edib bölgənin bənzərsiz ləzzətlərindən həzz ala bilərlər. Caretta Caretta tısbağalarını bu bölgədə tez-tez müşahidə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Dokta" cərimələnə bilər

İnnovasiya və Təzhizat Mərkəzi bu şirkətdən 879 minlik tibbi sərfiyyat malı alır

BYD qlobal bazarda ilk dəfə "Ford"u geridə qoydu

Hakerlər "Windows" və "Microsoft Office" proqramlarında lisenziya sistemini sındırdı

"Northvolt"un iflası: Avropanın fayda verməyən milyardları

117 yaşlı idman avtomobili hərraca çıxarılır - Milyonlarla dollara satılacaq

"LIGHT-AB" barəsində protokol tərtib edilib

"Google" bazar payını və gəlirlərini kəskin itirir - Səbəb açıqlandı

Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət

"Apple" süni intellektə görə Çin bazarını sürətlə itirir

"Niton-2023" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Nüvə enerjisinə yönələn "Meta"dan mütəxəssis axtarışı

Çində ən populyar avtomobillər açıqlanıb

"Az-Türk Qida" niyə məhkəməyə verilib?

Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə

“Kontakt Home” məhkəmə qarşısında

“Kontakt Home” məhkəmə qarşısında

Nərgiz Məhəmmədi 190 min dollar qarşılığında tibbi məzuniyyətə buraxıldı

"General Motors"un Çin bazarındakı böyük itkisi

Daha bir Avropa ölkəsi Rusiyadan neft idxalını dayandırdı

Sahib Məmmədov BHİK-nin vitse-prezident vəzifəsinə təsdiqləndi

“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir

“PAŞA Bank”da yeni təyinat

“PAŞA Bank”da yeni təyinat

Səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi sistemi istifadəyə verildi

İki rayonda qaz olmayacaq

Təhlükəli qida istehsal edənlər və satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Bu komissiyaların adları dəyişir

Tikinti obyektinin torpaq sahəsində enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq

Ödənişli yollarla bağlı cərimələr artırılır

Türkiyə Azərbaycandan xam neft alışını 3 dəfədən çox azaldıb - Məbləğlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin