Azərbaycandan Türkiyəyə səfər edənlərin sayı niyə azalıb?
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata görə, bu ilin yanvar-may aylarında ölkəni 57 min 885 nəfər Azərbaycan vətəndaşı səyahət edib.
Mənbə qeyd edir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 9 900 nəfər və ya 14,7% azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,29 %-ni təşkil edib.
Valyuta.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirlinin fikrincə, Türkiyəyə səyahət edən Azərbaycan vətəndaşlarının sayının azalması onların maddi imkanlarının aşağı düşməsilə bağlıdır:
“Azərbaycandan Türkiyəyə səyahət edənlərin sayında azalmanın baş verməsi ilk növbədə vətəndaşların maddi imkanlarının aşağı düşməsindən qaynaqlanır. Son 3 ildə Azərbaycan əhalisinin gəlirləri ildən-ilə azalır, xərclər isə artır. Bu da ilk növbədə ölkə əhalisinin imkanlarının zəifləməsilə bağlıdır. Digər tərəfdən, 3 ilə yaxın sərhədlərin bağlanması və Azərbaycandan Türkiyə daxil digər ölkələrə təyyarə biletlərinin çox baha olması da qardaş ölkəyə gedən turistlərin sayının azalmasına öz təsirini göstərib”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay