BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
29609

Dünyada bir sıra sosial, siyasi və iqtisadi parametrlər üzrə kişi və qadınların bərabərliyi 68,4% təşkil edir. 

Valyuta.az xəbər verir ki, bu barədə Ümumdünya İqtisadi Forumunun (WEF) hər il tərtib etdiyi yeni Qlobal Gender Fərqi Hesabatında deyilir.

Bildirilir ki, gender bərabərliyinə doğru hərəkət indiki templə davam edərsə, o zaman buna nail olmaq, yəni 100%-ə 2154-dən gec olmayaraq çatmaq mümkün olacaq. 

Dünyada ictimai, siyasi və iqtisadi sahədə kişi və qadınların bərabərliyi ilə bağlı vəziyyət yaxşılığa doğru dəyişməyə tələsmir. Son bir ildə bərabərlik göstəricisi cəmi 0,3% artaraq pandemiyadan əvvəlki 68,4% səviyyəsinə çata bilib. Əgər belə bir templə hərəkət etsək, o zaman dünyada tam gender bərabərliyini ancaq 2154-cü ilə qədər gözləmək olar. 

WEF-in İcraçı Direktoru Saadia Zahidi bildirib ki, son illər dünyada gender bərabərliyinə nail olunması prosesi COVID-19 pandemiyası da daxil olmaqla bir çox maneələrlə üzləşib və hazırda dünya ciddi iqtisadi və geosiyasi böhran yaşayır. Dünyanın bəzi regionlarında gender bərabərliyi müsbət tendensiya göstərdiyi halda, digərlərində bu cür böhranlar səbəbindən daha da pisləşir.

2006-cı ildən etibarən WEF dünyada gender bərabərliyi ilə bağlı vəziyyətə dair hesabat və bu göstərici üzrə ölkələrin reytinqini hər il dərc edir. Reytinqə daxil olan ölkələrin hər biri ölkənin ümumi əmək qabiliyyətli əhalisinin tərkibində işləyən qadın və kişilərin xüsusi çəkisi, şirkətlərin top-menecerləri arasında qadın və kişilərin xüsusi çəkisi, kişi və qadınların iştirakı kimi məlumatlar nəzərə alınmaqla qiymətləndirilir. 

WEF-də qeyd edildiyi kimi, indiyədək dünyanın heç bir ölkəsi 100 faiz gender bərabərliyinə nail ola bilməyib. Buna ən yaxın Avropa ölkələri, ilk növbədə Şimal ölkələridir.

İlk 10-luğa daxil olan 9 ölkə bu rəqəmi 80%-ə və ya daha çox səviyyəyə çatdıra bilib. Bunlar İslandiya, Norveç, Finlandiya, Yeni Zelandiya, İsveç, Almaniya, Nikaraqua, Namibiya və Litvadır.

Reytinqdə lider 14 il ardıcıl olaraq dəyişməyib: İslandiya 91,2% paritet xalı ilə 1-ci yerdədir. Və bu günə qədər 90% həddi aşmağı bacaran yeganə ölkə olaraq qalır. 

Keçən ildən bəri ilk 10 ölkə arasında Norveç öz göstəricilərini yaxşılaşdıraraq 3-cü yerdən 2-ci yerə, Almaniya 10-cu yerdən 6-cı yerə, Litva 11-ci yerdən 9-cu yerə, Belçika 14-cü yerdən 10-cu yerə yüksəlib. Finlandiya il ərzində 2-ci yerdən 3-cü yerə düşüb. Qalan liderlər öz yerlərində qalıblar.

Reytinqin əks ucunda gender bərabərliyinin 40,5% olduğu Əfqanıstandır. Çad (57%), Əlcəzair (57,3%), İran (57,5%) və Pakistanda (57,5%) vəziyyət bir qədər yaxşıdır.

İl ərzində reytinqdə ən sürətli yüksəlişi 39 pillə irəliləyərək 39-cu yerə yüksələn Liberiya göstərib. Braziliya (37 pillə 57-ci yerə), Kolumbiya (33 pillə yüksələrək 42-ci yerə), Estoniya (30 pillə 22-ci yerə) ciddi irəliləyiş əldə edib. Paritet xallarında ən böyük pisləşmə 39 pillə geriləyərək 95-ci yerə enən Şərqi Timorda, eləcə də Avstriyada (26 pillə geriləyərək 47-ci yerdə) və Fransada (25 pillə geriləyərək 40-cı yerdə) olub.

Regionlar arasında bu il bərabərlik baxımından Avropa birinci yerə çıxıb (76,3%) və Şimali Amerikanı (75%) ötüb. Latın Amerikası və Karib hövzəsi regionu (74,3%) onlara bir qədər güzəştə gedir. Gender bərabərliyinin səviyyəsi Avrasiya və Mərkəzi Asiya (69%), Şərqi Asiya və Sakit okean (68,8%) ölkələrində, Saharadan aşağıda yerləşən Afrika ölkələrində (68,2%) aşağıdır. Ən aşağı bərabərlik səviyyəsi Cənub-Şərqi Asiya ölkələrində (63,4%) və Yaxın Şərq və Şimali Afrika regionunda (62,6%) qeydə alınıb.

WEF ekspertlərinin fikrincə, gender bərabərliyinin artırılması üzrə mövcud tendensiyaları 100 faizə çatdırmaq üçün Avropa ölkələrinə 67 il, Şimali Amerikaya 95 il, Yaxın Şərq və Şimali Afrikaya isə 152 il lazım olacaq.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin