BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
29507

Yeni transferlərə 350 milyon funt-sterlinqdən çox pul xərcləməsinə baxmayaraq, Joze Mourinyo "Mançester Yunayted"dəki iki il yarım ərzində gözləntiləri doğrulda bilmədi. Təcrübəli portuqaliyalı mütəxəssis 2016-17-ci illər ərzində "Community Shield", "EFL Cup" və Avropa Liqasınının qalibi olsa da növbəti mövsümdə "Old Trafford"da uğursuzluq seriyası başladı və qovuldu. Baxmayaraq ki, həmin illərdə komandanın heyətində kifayət qədər bahalı futbolçular çıxış edirdi. Həmin vaxt onun bəzi bahalı transferlərinin uğursuzluğu da müzakirələrə səbəb olmuşdu. Bəs həmin futbolçular kimlər idi?

Valyuta.az Mourinyonun dönəmindəki uğursuz və bahalı "11-lik"lə bağlı araşdırmanın nəticələrini təqdim edir:

11. Aleksis Sançes

Mourinyonun "Mançester Yunayted"ə gətirdiyi adlardan birinin həftədə 400.000 funt-sterlinq qazandığı bildirilirdi. Ancaq o, "Qırmızı şeytanlar"ın formasında meydana çıxdığı 45 oyunda cəmi 5 qol vuraraq keçmiş halının kölgəsi kimi görünürdü. Çili millisinin üzvü daha sonra "İnter"ə icarəyə göndərildi və 2020-ci ildə Milan klubuna tam şəkildə satıldı. Sançes Milanda formasını bərpa edərək Antonio Kontenin rəhbərliyi altında 2020-21 mövsümündə komandanın titul qazanmasında faydalı olduğunu sübuta yetirdi. 

10. Li Qrant

2018-ci ildə 1,5 milyon funt-sterlinqə "Stok Siti"dən "Mançester Yunayted"ə transfer olunan Qrant yalnız iki dəfə əsas heyət üzü gördü. Onun "Mabnçester Yunayted"dəki ən yaddaqalan anı, yəqin ki, Roaldonun yeməyinə təəccüblənməsi anı idi. Bu, Qrantın niyə keçən mövsümün sonunda komandadan göndərilməsinin izahı ola bilər. 

9. Erik Bailli

Mourinyonun "Mançester Yunayted"də ilk  transferi olan Bailli, dərhal azarkeşlərin sevimlisinə çevrildi və 2016-17-ci illərdə həqiqətən debüt mövsümünü yaxşı keçirdi. Lakin zədə problemləri onu gözdən saldı və son dörd mövsümdə Premyer Liqada cəmi bir neçə oyunla kifayətlənməli oldu. Rafael Varan və Lisandro Martinezin gəlişindən sonra daha da zəifləyən Fil Dişi Sahili millisinin üzvü keçən mövsümü "Marsel"də icarə əsasında keçirdi.

8. Henrix Mxitaryan

2015-16-cı illərdə Bundesliqada ilin oyunçusu mükafatını qazanan Mxitaryanın kluba 26 milyon funt-sterlinqə başa gələn transferindən sonra gözləntilər böyük idi. Erməni futbolçu 2017-ci ildə klubun Avropa Liqasındakı uğurlarında müəyyən rol oynasa da Premyer Liqaya uyğunlaşa bilmədi. 33 yaşlı oyunçu sonradan "Arsenal"a və 2020-ci ildə A Seriyası təmsilçisi "Roma"ya qoşuldu. 

7. Romelu Lukaku

2017-ci ildə Zlatan İbrahimoviç dizindən ciddi zədə aldıqdan sonra Lukaku 75 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə keçdi. Belçika millisinin futbolçusu İngilis klubunda keçirdiyi iki mövsüm ərzində meydana çıxdığı 96 oyunda 42 qol vurdu. Hücumçu bu qollardan yalnız 11-ni ilk 10 oyunda vurmuşdu. O, "İnter"ə transfer olunsa da yenidən İngiltərə Premyer Liqasına qayıtdı və "Çelsi"yə keçdi. 

6. Viktor Lindelof

2017-ci ildə Benfikadan gətirilən Lindelof öz istedadını nümayiş etdirsə də, bir sıra ciddi səhvlərə yol verdi. İsveçli futbolçu Ole Qunnar Sulşerin rəhbərliyi altında özünü göstərə bildi. O, Harri Maquayrla birlikdə güclü müdafiə xəttinin yaranmasında rol oynadı. Buna baxmayaraq Mourinyo futbolçudan tam əmin olmadığını demişdi. Məşqçi onun haqqında 2019-cu ildə "Sky Sports"a açıqlamasında, "Lindelof oyunun bəzi aspektlərində çox yaxşıdır. Ancaq təkbətəklər zamanı onu təhqir etmək olar. O, havada xüsusilə yaxşı deyil. Maquayr isə bunun üçün çox vacib olan fiziki duruma malikdir". 

5. Dioqo Dalot

Bir vaxtlar Avropanın ən perspektivli gənc müdafiəçilərindən hesab edilən Dalot, 2018-ci ildə 19 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə qoşuldu. Ancaq hazırda ehtiyat oyunçular skamyasında yer alır. Onun mövqeyində isə oyunlara start heyətdə Aaron Van-Bissaka başlayırdı.

4. Nemanya Matiç

Matiçlə "Çelsi"də işlədikdən sonra Mourinyo onu 2017-ci ilin yayında 40 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə gətirdi. O, tez-tez şans qazanmasına baxmayaraq "Stamford Bridge"dəki formasını heç vaxt geri qaytara bilmədi. Sulşerin rəhbərliyi altında 32 yaşlı oyunçu əsas heyətdən kənarlaşdırıldıqdan sonra 2022-ci ildə sərbəst buraxıldı və hazırda yenə də Mourinyonun rəhbərlik etdiyi komandada - "Roma"da oynayır.

3. Pol Poqba

2012-ci ildə “Mançester Yunayted”dən "Yuventus"a keçən Poqba 2016-cı ildə 89 milyon funt-sterlinq qarşılığında yenidən İngiltərə klubuna qaytdı. Burada Liqa Kubokunu qazandı, ancaq sonradan Mourinyo ilə münasibətləri korlandı. İctimai çəkişmə həm azarkeşləri, həm də ekspertləri iki tərəfə böldü, lakin Fransa millisinin üzvü Sulşerin rəhbərliyi altında formasını bərpa etdi. Mourinyonun ayrılığından sonra Poqba heç vaxt Mançester təmsilçisində titul qazana bilmədi. Nəticədə, keçən yay ikinci dəfə azad agent kimi “Yuventus”a qayıtdı. 

2. Fred

2018-ci ildə 59 milyon funt-sterlinqə “Mançester Yunayted”ə transfer olunan Fred, belə demək mümkünsə, fəlakətli debüt mövsümü keçirdi. Lakin o, sonradan Sulşer, Ralf Ranqnik və hazırda Den Haqın rəhbərliyi altında keyfiyyətini nümayiş etdirdi. Yəni, klubun onu “Şaxtyor”dan gətirmək üçün niyə bu qədər pul xərcləməyə can atdığını göstərdi. Braziliya millisinin üzvü hələ də sabitlik göstərmir, ancaq düzgün şəraitdə inkişaf edə və klubunda ehtiyac duyulan oyunçuya çevrilə bilər.

1. Zlatan İbrahimoviç

İbrahimoviç kluba 34 yaşında, azad agent kimi qoşulmuşdu. Bəzilərinin Premyer Liqaya təsir edə biləcəyinə dair şübhələri olsa da, hücumçu hamısını susdurdu və 2016-17-ci illərdə komandanın heyətində meydana çıxdığı bütün yarışlarda 28 qol vurdu. O cümlədən “Community Shield”in və Liqa Kubokunun finalında həlledici qol vurdu. Həmin vaxt açıqlamasında "Mən İngiltərəni fəth etdim - bu üç ay çəkdi" deyən İbrahimoviç 2017-ci ilin aprelində ciddi diz zədəsi nəticəsində İngiltərədəki karyerasını məhdudlaşdırdı. O, Ser Aleks Ferqyusondan sonrakı dövrdə də “Mançester Yunayted”in ən yaxşı futbolçularından biri olmuşdu. Sonuncu klubu “Milan” ilan isveçli hücumçu bir müddət əvvəl karyerasını bitirdiyini açıqladı. 

Elmir


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycanda ən çox gəliri olan partiyalar - SİYAHI

Bakıda alça bu qiymətə satılır - FOTO

Yanacaqdoldurma obyektləri ilə bağlı yenilik

Taksi sürücülərinin iş qrafiki necə olmalıdır? - AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsi mərkəzdən köçürülür - Tikinti başladı

100 manatlıq bu cərimə 10 minədək qaldırılır

Vyetnam ABŞ-yə Çin mallarına nəzarətin gücləndirəcəyini vəd etdi

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

Sabiq nazirin qızı Britaniyadakı şirkətin direktorluğundan uzaqlaşdırılıb

MİDA: Güzəştli mənzilləri daha çox hərbçilər, müəllimlər və polislər alıb

Azərbaycanda orta aylıq əməkhaqqı 1 043 manata yüksəlib

Əsas kapitala 3,4 milyard manat investisiya yönəldilib

Bəzi şəxsləri 7 min manatlıq cərimə gözləyir

Borcluların ölkədən getmək hüququ yeni qaydada məhdudlaşdırılacaq, SMS göndəriləcək

15.8 milyard manatlıq istehsal - Sektor böyüyür

Trendyol Azərbaycan bazarına necə inteqrasiya edir?

Azərbaycan iqtisadiyyatı böyüyüb

Naxçıvan Ali Məhkəməsinə hakim təyin edildi

Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə görüşü keçirilir

Sabahın havası açıqlandı

Sahibkarlar bu məsuliyyətdən azad edilir

100 milyon manata yaxın pul vəsaitini ölkəyə qaytarmayan şəxslər həbs olundular

Çindən cavab: ABŞ-a 125 faiz gömrük rüsumu tətbiq olundu

Apellyasiya məhkəmələrinin hakimləri yeniləndi

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Müştərini alçaldıb satış edənlər - Fərqli marketinq strategiyası

Vahid Əhmədovun oğlu hakim təyin olundu

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin