BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
29460

Avropa şirkətlərinin işdən çıxarılması pessimist iqtisadi mənzərə ilə artır

Avropada texnologiya və telekommunikasiya sektoru 105.000 insanı əhatə edən işdən çıxarma qərarları ilə liderlik edir, avtomobil, pərakəndə satış və sənaye sektorlarında məşğulluğun azaldılması qərarları isə artmaqdadır.

Avropada son illərin ən yüksək inflyasiyası və Rusiya-Ukrayna müharibəsinin iqtisadi sahədə yaratdığı qeyri-müəyyənlik şirkətlərin məşğulluğu azaltma qərarlarını sürətləndirərkən, xüsusilə bu ilin əvvəlindən sürətlənən işdən çıxarma dalğası telekommunikasiya, informasiya texnologiyaları, avtomobil və pərakəndə satış sektorlarında ən az 140 min nəfərin ixtisarına səbəb olub.

Valyuta.az xəbər verir ki, mərkəzi banklar tərəfindən faiz dərəcələrinin artırılmasına baxmayaraq, inflyasiya qeyri-adi dərəcədə yüksək olaraq qalmağa davam etdiyi üçün pisləşən makroiqtisadi mənzərənin yaratdığı qeyri-müəyyənlik səbəbindən getdikcə daha çox şirkət xərclərini azaltmaq üçün işdən çıxarmaları sürətləndirir.

Avropa Mərkəzi Bankınını (ECB) iqtisadiyyatda tənəzzül gözləntisinə qarşı 2022-ci ilin iyul ayından bu yana faiz dərəcələrini ümumilikdə 400 baza bəndi artıraraq, ən sürətli sərtləşdirmə addımını atıb, beləliklə də avro bölgəsində keçən ay 6,1% olan inflyasiyanın daha da artmasına reaksiya verib.

İngiltərə Mərkəzi Bankı isə 2021-ci ilin dekabr ayından bəri davam edən sərtləşdirmə siyasəti ilə faiz dərəcələrini ardıcıl 12-ci dəfə artırıb və 4,50 faizə yüksəldib. İngiltərədə inflyasiya isə illik bazada mart ayındakı 10,1 faiz səviyyəsindən apreldə 8,7 faiz düşməsinə baxmayaraq, inadkar olaraq qalır.

Yüksək inflyasiya ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaldarkən, inflyasiyaya qarşı artan faiz dərəcələri şirkətlərin investisiya üçün kredit xərclərini də artırır.

Texnologiya, kimya, bank, istehsalat və avtomobil sektorlarını başda olmaqla bu ilin əvvəlindən demək olar ki, bütün sektorlara yayılan ixtisarlara son olaraq İsveçdə yerləşən "Autoliv"un 8000, Finlandiya kağız və qablaşdırma istehsalçısı "Stora Enso"nun Avropadakı 4 fabrikini bağlamaq və 1150 işçisini ixtisar etmək qərarı əlavə olunub.

Texnologiya və telekommunikasiya sektoru

Böyük Britaniyada yerləşən telekommunikasiya şirkəti "Vodafone" xərcləri azaltmaq və böyüməni sürətləndirmək üçün qarşıdakı üç il ərzində 11 min iş yerini ixtisar edəcəyini açıqlamışdı. "Vodafone"un dünya üzrə təxminən 104.000 işçisi var.

Şirkətin ən böyük və eyni zamanda ən pis performans bazarı olan Almaniya, Böyük Britaniya və İtaliyanın işdən çıxarılma qərarından ən çox təsirlənən ölkələr olacağı proqnozlaşdırılır. Mart ayında "Vodafone" İtaliyada 1000, Almaniyada isə təxminən 1300 işçini ixtisar etməyi planlaşdırdığını açıqlamışdı.

İngiltərədə yerləşən telekommunikasiya şirkəti BT də eyni qərar verib. Şirkət rəqəmsallaşmanın artması və xərclərin azaldılması ilə əməliyyatlarında daha az işçi qüvvəsinə ehtiyac olduğu üçün 2030-cu ilə qədər 40.000-55.000 işçi ilə yollarını ayıracağını açıqlayıb.

Britaniya telekommunikasiya nəhənginin ümumi məşğulluğu 2030-cu ilə qədər indiki 130 000 səviyyəsindən 75-90 minə düşəcək. Bu azalma şirkətin ümumi işçi qüvvəsinin 40 faizindən çoxunu ixtisar etməsi deməkdir.

"Telekom Italia" isə könüllü erkən pensiya proqramı vasitəsilə İtaliyada 2000 nəfəri işdən çıxarmağı planlaşdırır.

İsveç telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" xərcləri azaltmaq planının bir hissəsi olaraq dünya üzrə 8500 iş yerini ixtisar edəcəyini açıqlayıb.

İsveçrənin kompüter aksesuarları istehsalçısı "Logitech" mart ayında 300 nəfəri işdən çıxarmaq qərarına gəlib.

Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı "Nokia" mayın 3-də 208 işçini ixtisar edəcəyini açıqlayıb.

İrlandiya-ABŞ ortaq informasiya texnologiyaları şirkəti olan "Accenture" qlobal iqtisadiyyatla bağlı narahatlıqlara görə martın sonunda 19 min nəfəri işdən çıxarmaq qərarına gəlib.

Alman proqram təminatı şirkəti SAP yanvarın sonunda xərcləri azaltmaq üçün qlobal işçi qüvvəsinin 2,5 faizini təşkil edən 3000 iş yerini ixtisar etməyi planlaşdırdığını elan edib.

Niderlandda yerləşən "Philips" yanvarın sonunda havalandırma cihazlarının kütləvi şəkildə geri çağırılmasından sonra azalan satışları kompensasiya etmək üçün 6,000 iş yerini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Beləliklə, Avropanın böyük telekommunikasiya və informasiya texnologiyaları şirkətləri xərclərini azaltmaq üçün 105 mindən çox işçini ixtisar etmək qərarına gəliblər.

Avtomobil sektoru

"Vauxhall", "Peugeot", "Citroen", "Fiat", DS, "Jeep", "Alfa Romeo", "Maserati", "Abarth" və "Fiat Professional" markalarının daxil olduğu avtomobil istehsalçısı "Stellantis" İtaliyadakı əməliyyatlarında könüllü ixtisarlar vasitəsilə 2000 işçini ixtisar etmək üçün fevral ayında həmkarlar ittifaqları ilə razılaşıb.

İsveçin "Volvo" qrupu mart ayında Avropadakı avtobus istehsalını yenidən quracağını və 1600 işçini ixtisar edəcəyini açıqlamışdı.

"Volvo Cars" isə bu ayın əvvəlində İsveçdə əlavə 1300 işçini işdən çıxarmaq qərarını açıqlayıb. Bu rəqəm şirkətin öz ölkəsindəki işçi qüvvəsinin 6 faizini təşkil edir.

İtalyan avtomobil hissələri istehsalçısı "Marelli" martın sonunda həmkarlar ittifaqları ilə 400 işçini işdən çıxarmaq barədə razılığa gəldiyini elan edib.

Britaniyanın elektrikli avtomobil istehsalçısı "Arrival" xərclərini azaltmaq üçün işçilərinin yarısı olan 800 nəfəri işdən çıxarmaq qərarına gəlib.

Alman avtomobil və sənaye təchizatçısı "Schaeffler" yenidən strukturlaşma prosesi zamanı 2026-cı ilə qədər daha 1300 nəfərin işdən çıxarılacağını açıqlayıb.

Dünyanın aparıcı təhlükəsizlik kəmərləri və təhlükəsizlik yastıqları istehsalçısı olan İsveçdə yerləşən "Autoliv" artan xərclər səbəbindən 2025-ci ilə qədər Avropada bir çox fabrikləri bağlamaq və təxminən 8000 işçini işdən çıxarmaq qərarına gəlib.

Avropa avtomobil şirkətlərinin açıqladığı qərara əsasən, sektorda ixtisarlar ümumilikdə 15.400 nəfəri keçəcək.

Pərakəndə, qida və istehlak malları sektoru

Britaniyanın qida tədarükü şirkəti "Deliveroo" işçi qüvvəsinin 9%-ni təşkil edən 350 iş yerini ixtisar edəcəyini bildirib.

İngilis supermarket qrupu "Sainsbury's" fevralın sonunda elan etdiyi 2000-ə yaxın iş yerini təsir edəcək yenidən strukturlaşdırma planından dərhal sonra 300 iş yerini ixtisar edəcəyini açıqlayıb.

Baş ofisi İngiltərədə yerləşən onlayn yemək və çatdırılma şirkəti Just Eat, mart ayının sonunda 1700 kuryer və 170 ofis işçisi də daxil olmaqla cəmi 1870 işçisi ilə yollarını ayırmaq qərarına gəldi.

Alman onlayn moda pərakəndə satıcısı "Zalando" fevral ayında "çətin iqtisadi şərtlər" səbəbiylə şirkət daxilində yüzlərlə işi ixtisar edəcəyini elan edib.

Alman pərakəndə eynək satış şirkəti "Fielmann" mart ayında elan edib ki, 2025-ci ilə qədər yüzlərlə iş yerini ixtisar etməyi planlaşdırır.

Pərakəndə və istehlak məhsullarında açıqlanan işdən çıxarılma qərarları ən az 2520 adamın işini itirməsinə səbəb olsa da, hələ neçə nəfərin işdən çıxarılacağını açıqlamayan şirkətlərin yekun qərarları ilə bu rəqəmin artma riski var.

Sənaye, kimya və maşınqayırma sektoru

Britaniyanın kibertəhlükəsizlik firması "Sophos" yanvar ayında qlobal miqyasda 450 iş yerini ixtisar edəcəyini açıqlamışdı.

Alman istehlak malları şirkəti "Henkel" də artan xərclər və aşağı tələblə mübarizə aparmaq üçün 2000 işçini işdən çıxarıb.

Britaniyanın "Wilko" pərakəndə şəbəkəsinin 400 nəfəri işdən çıxarmağı planlaşdırdığı bildirilir.

Finlandiyalı lift istehsalçısı "Kone" də yanvar ayında öz ölkəsində 150 nəfər olmaqla, işçilərini 1000 nəfər ixtisar edəcəyini açıqlamışdı.

İsveçin polad istehsalçısı tikinti sektorunda zəif tələbat səbəbindən Finlandiyadakı təxminən 4700 işçisindən 850-nin işini dayandırmaq üçün danışıqlar apardığını açılayıb.

Çinə satılan "British Steel" fevralın sonunda İngiltərənin şimalında koks sobalarının bağlanacağını elan etdikdən sonra 260 işçini ixtisar edəcəyini açıqlayıb.

Alman kimya şirkəti BASF artan xərclər səbəbiylə qazanclarının daha da azalacağı ilə bağlı xəbərdarlıq edərək, 2600 nəfərin işdən çıxarılacağını açıqlayıb.

Alman xüsusi kimyəvi maddələr istehsalçısı "Evonik" aprel ayında 200 nəfərlik işdən çıxarma planını elan edib.

Külək turbinləri istehsalçısı "Siemens Gamesa" keçən il elan edib ki, gəlirliliyə bərpa etmək planının bir hissəsi olaraq 2025-ci ilə qədər 2900 iş yerini ixtisar etməyi planlaşdırır. Bunun azalmanın 1900-nün Avropada reallaşması gözlənilir.

İspaniyanın əczaçılıq şirkəti "Grifols" hər il təxminən 400 milyon avroya qənaət etməyi hədəfləyən strategiyaya yenidən baxılması çərçivəsində 2300 işçini işdən çıxarmaq qərarına gəlib.

İngilis podrat firması "Taylor Wimpey" yanvar ayında xərcləri məhdudlaşdırmaq üçün işçilərin işdən çıxarılmasını nəzərdən keçirdiyini bildirib, lakin onların sayını açıqlamayıb.

İsveçin mühəndislik qrupu "Alfa Laval" keçən il artan xərclər gəmiçilik işinə zərər vurduqdan sonra təxminən 500 işçini ixtisar edəcək restrukturizasiya proqramını elan edib.

İsveçin bağ avadanlıqları və alətləri istehsalçısı "Husqvarna" yenidən strukturlaşmadan keçəcəyini və 1000 işçini ixtisar edəcəyini açıqlayıb.

Britaniyanın ev tikintisi şirkəti "Vistry Group"un da 200 işçisini işdən çıxaracağı bildirilir.

Finlandiyanın kağız və qablaşdırma istehsalçısı "Stora Enso" Avropadakı 4 zavodunu bağlamağı və 1150 işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.

Sənaye, kimya və maşınqayırma sektorlarında açıqlanan işdən çıxarılma qərarları göstərir ki, Avropada təxminən 16 min adamın işini itirəcək.

Bank sektoru

Almaniyanın ən böyük bankı olan "Deutsche Bank" da aprelin 27-də yaxın bir neçə il ərzində xərcləri 500 milyon avro azaltmaq məqsədilə 800 işçini ixtisar edəcəyini açıqlayıb.

Britaniyanın "Standard Chartered" bankının London, Sinqapur və Honq Konqdakı ofislərində 100 nəfəri ixtisar etməyi planlaşdırdığı bildirilirir.

Yüksək faizlərdən sonra böhranların yaşandığı Avropa bank sektorunda indiyə qədər açıqlanan işdən çıxarılma qərarları 900 işçiçin ixtisarını göstərir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin