BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
29096

“Apple”, “iPhone” əməliyyat sisteminin ən son versiyasını şirkətin konfransındatəqdim edib. 

Valyuta.az xəbər verir ki, həmişə olduğu kimi, iOS 17 yenilənməsi bu ayın sonuna qədər əlçatan olmayacaq, lakin bizi nə gözlədiyi haqda müəyyən təfərrüatlar açıqlanıb. 

Beləliklə, iOS 17 əsasən zəng, “FaceTime” və “Mesajlar” kimi əsas funksiyaların yeniləməsi ilə gələcək. Bu yeniliklərə “Əlaqə Posterləri” adlanan daxil olan zənglərin fərdiləşdirilmiş baxışları, səsli poçtların canlı transkripsiyası və operatorunuz tərəfindən spam kimi müəyyənləşdirilmiş zənglərin avtomatik rədd edilməsi daxildir. İndi zəng etdiyiniz şəxs “FaceTime”da telefonu açmasa, ona audio və video mesajlar yaza bilərsiniz. Bundan əlavə, iOS 17 ilə istifadəçilər artıq zəngi “iPhone”dan “Apple TV”yə köçürə biləcəklər.

iOS 17 “Mesajlar” bölməsində nəticələri daraltmaq üçün yeni axtarış filtrləri, oxunmamış mesajları görməyin və daxili mesajlara çatmağın daha asan yolunu təqdim edir. Səsli mesajlar da transkripsiya edilir. iOS 17 emojilər və fotoşəkillərdən canlı stikerlər yaratmaq imkanı “Mesajlar” bölməsində təkminləşdirilmiş şəkildə olacaq.

Qeydiyyatdan keçmək təyinat yerinə çatdığınız zaman seçilmiş kontaktları xəbərdar edən “Mesajlar” bölməsindəki digər yenilik bundan ibarətdir ki, qeydiyyat olduğunuz məkana çatdığınız zaman seçilmiş kontaklar xəbərdar ediləcək. Məkanınız dəyişməyibsə, “Check In” batareyanın ömrü, məkan və mobil xidmət təfərrüatları kimi məlumatları da paylaşır.

Asan fayl paylaşımı üçün iOS 17-də “AirDrop” və “NameDrop”un xüsusiyyətlərini genişləndirilib. Siz iki “iPhone” (yaxud “Apple Watch”u) bir-birinə yaxınlaşdırmaqla kontaktları və digər məzmunu paylaşa, həmçinin “SharePlay”ə daha asan başlaya bilərsiniz.

Təkmilləşdirilmiş klaviatura və yazı zamanı iOS 17-də avtomatik düzəliş daha da yaxşılaşdırılıb. Yenilənmiş klaviatura sözlərin əvvəlcədən proqnozlaşdırılması baxımından daha dəqiq olan transformasiya olunmuş dil modelindən istifadə edir. O, qrammatik səhvləri düzəltmək üçün daha yaxşı dizayna, düzəldilməsini istəmədiyiniz sözə qayıtmağın asan yoluna və tam cümlələri doldurmaq üçün mətn təkliflərinə malikdir.

“Apple” iOS 17 üçün yeni “Journal” tətbiqini elan edib. Tətbiq gündəlik qeydləri ruhlandıracaq təkliflər vermək üçün fotoşəkillər, məşqlər, qarşılıqlı əlaqə və səyahətlərdən son fəaliyyəti təhlil etmək üçün süni intellektdən istifadə edir. Həmçinin gündəlik yazı işlərini davam etdirməyi və yazmağı xatırladan bildirişlər planlaşdırmağınız mümkündür.

iOS 17 Health tətbiqi yeniləməsinə bəzi sağlamlıq xüsusiyyətləri də daxildir. İstifadəçilər proqram daxilində əhval-ruhiyyələrini və emosiyalarını qeyd edə, hətta depressiya və narahatlıq qiymətləndirmələrini görə bilərlər.

Keçən ilki təqdimatda nümayiş etdirilən “Always-On” kilid ekranı üzərində qurulan “StandBy” funksiyası ağıllı displey kimi işləyir və telefonunuz landşaft rejimində olduqda vaxtı, temperaturu, cədvəli, həmçinin digər vacib məlumatları göstərir. “StandBy” funksiyası “Siri” ilə inteqrasiya olunur. Bununla yanaşı digər “Apple” və ya üçüncü tərəf vidjetləri əlavə edilə bilər. Gözləmə rejimi zəif işığa uyğunlaşaraq yuxu zamanı da istifadə oluna bilər.

iOS 17, həmçinin göz yorğunluğunu və miyopiya (uzağı bulanıq görmə) riskini azaltmaq, xəritələrdən oflayn istifadə, beş nəfərə qədər “AirTag” paylaşımını artırmaq, otellərdəki televizorlarla “AirPlay” uyğunluğu, “AirPods” üçün təkmilləşdirilmiş audio funksiyalarla, həmçinin “Siri”ni aktivləşdirmək üçün "Hey" deməyi ortadan qaldırır.

iOS 17 hazırda developer proqramı üzvləri üçün əlçatandır və ictimaiyyət üçün beta versiya iyul ayında buraxılacaq. Bu payızda proqram təminatı yeniləməsi tam şəkildə əlçatan olacaq.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur kibertəhlüksizlik şirkətinin rəhbəri dünyasını dəyişib - "CNN"

Məşhur kibertəhlüksizlik şirkətinin rəhbəri dünyasını dəyişib - "CNN"

"Goldman Sachs" 2025-ci il üçün qlobal makro proqnozlarını açıqladı

Sabiq məmurun "Meta" macərası: 6 il və böyük gəlirlər

İtaliyada sənaye böhranı: son 68 ilin ən aşağı göstəriciləri - "Bloomberg"

Mis məftil istehsalı 5 dəfədən çox artıb

2025-ci ildə hökumətləri gözləyən böyük iqtisadi suallar - "The Guardian"nın araşdırması

Qəza səbəbləri ilə bağlı ilkin hesabatın açıqlanacağı vaxt bəlli oldu

Qəza səbəbləri ilə bağlı ilkin hesabatın açıqlanacağı vaxt bəlli oldu

"QNB" 2025-ci il proqnozları - "Bloomberg"

ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə çağırış etdi

Bakıdan Varşavaya uçuş ləğv edildi (SƏBƏB)

"Foxconn" IV rüb hesabatını açıqladı - "Nvidia" və "Apple" ilə əməkdaşlıq və rekord gəlir

Bir ildə 56 milyard dollarlıq sərmayə - Süni intellekt üçün uğurlu il

Sabah hava necə olacaq?

İtaliya Azərbaycandan qaz idxalını artırıb - "Eurostat"

Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir?

Adına üç şirkət var, amma özünün xəbəri yoxdur (VİDEO)

Aşağı maaş alanların da məvaciblərində artımlar olacaq

Türkiyədə stüardessaların aldıqları maaş - MƏBLƏĞ

Yoxsulları 12 il müşahidə etdilər - İnsanları kasıb edən səbəblər

Top 10 kriptovalyuta reytinqində dəyişiklik - "XRP" və "Solana" yüksəlişdə

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

Qızıl 2025-ci ildə də gəlirli olacaq? - Analitiklərdən gözləntilər - SƏHƏR OXUSU

"MicroStrategy"nin 2 milyard dollarlıq hədəfi

Azərbaycanda kərpic istehsalı artıb - Rəqəmlər

Azərbaycan təbii qaz təchizatında etibarlı tərəfdaşdır - Aleksandar Vuçiç

Dəniz səviyyəsinin artmasının neft limanları üçün təhlükəsi - "The Guardian"

"Amerikan süni intellekti üçün qızıl fürsət" - "Microsoft"un 80 milyard dollarlıq planı

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Planetin ən yaşlı sakini dünyasını dəyişib

Bu ölkə “qızıl vizanı" ləğv edir

Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin