Tenderlər
07.06.2023 / 17:40
“Azərbaycan Sənaye Korporasiyası” tender qaydalarını kobud şəkildə pozdu
29058
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tender qaydalarını kobud şəkildə pozub.
Valyuta.az-ın məlumatına görə, ASC ofis və digər lisenziyaların satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Tenderin qalibi “Bux Tech” MMC olub. Tərəflər arasında 19 min 396 manatlıq sözləşmə imzalanıb.
Amma müsabiqənin qalibinin külli miqdarda vergi borcu var. Belə ki, qanuni təmsilçisi Mehdiyev Maqsud Telman oğlu olan MMC-nin hazırda vergi borcu 99617.59 manat təşkil edir.
Qeyd edək ki, ASC-nin tərkibinə “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “Azəripək” MMC, “ASK Tekstil” MMC, “ASK Security” MMC, “ASK Xidmət” MMC, “ASK Əmlak” MMC, “ASK İzolit” MMC, “ASK Aqro” MMC, "ASK Şəki SES" MMC şirkətləri daxildir.
Vüqar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay